lider-media.az

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Qlobal Əmək Bazarı Konfransında iştirak edib

Baxış: 271 Tarix: 30-01-2025, 16:33

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Qlobal Əmək  Bazarı Konfransında iştirak edib

Əmək və əhalinin sosial müdafiəsi nazirin müavini Vüsal Nəsirlinin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilən II Beynəlxalq Əmək Bazarı Konfransında iştirak edib.

“Əmək bazarının gələcəyi” şüarı altında təşkil olunan Konfrans qlobal əmək bazarlarında mövcud problemlər və çağırışların, insan kapitalının inkişafı məsələlərinin və sürətlə dəyişən mühitə uyğunlaşma yollarının müzakirəsinə həsr olunub.

Konfransda Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli Azərbaycanda əmək münasibətləri sahəsində aparılan islahatlar, yaşlı işçilərlə bağlı proqramlara dair məruzə ilə çıxış edib, tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.

Səfər çərçivəsində E.Səfərlinin Səudiyyə Ərəbistanı Krallığının İnsan Resurslarının  İnkişafı Fondunun tabeliyində Əmək Bazarı üzrə Milli Observatoriyanın rəhbər şəxsləri ilə görüşləri olub.

Sosial şəbəkələrdə də bizi izləyin:


Azərbaycan nümayəndə heyəti Beynəlxalq Qlobal Əmək  Bazarı Konfransında iştirak edib
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Qlobal Əmək  Bazarı Konfransında iştirak edib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi