lider-media.az

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

Baxış: 570 Tarix: 30-01-2025, 15:45

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə əlaqədar Keniya Hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilədir. Yaralananların tezliklə sağalmalarını diləyirik. Keniya bu kədərli günlərdə Azərbaycan xalqı ilə tam həmrəy olduğunu bildirir. Uca Tanrı bu ağrı-acılı günlərdə Azərbaycan xalqına güc və səbir versin.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Uilyam Samoi Ruto

Keniya Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi