lider-media.az

Türkiyədəki “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblının üzvləri mükafatlandırılıb

Baxış: 141 Tarix: 30-01-2025, 14:53

Daha sonra ansamblın bədii rəhbəri və üzvlərinə Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri fərmanları təqdim edilib.

Ansamblın bədii rəhbəri Gülçöhrə Sanqu çıxışında zəngin Azərbaycan mədəniyyətinin, rəqs sənətinin Türkiyədə təbliğindən fəxr hissi keçirdiklərini qeyd edərək, qardaş ölkədə milli rəqslərimizə marağın günü-gündən artdığını və “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblı-Dərnəyinin sıralarının genişləndiyini qeyd edib.O, yaradılan şəraitə görə Azərbaycan dövlətinə təşəkkür edib, gələcəkdə də milli rəqslərimizi geniş təbliğ edəcəklərini bildirib.

Qeyd edək ki, Ankarada Kızılay bölgəsində Çalışma salonunda fəaliyyət göstərən ansambl milli rəqslərimizin təbliği məqsədilə mühüm layihələr həyata keçirir.Dərnək həftədə üç dəfə məşğələlər keçirir, yerli azərbaycanlılarla yanaşı, Türkiyə vətəndaşları da bu məşğələlərdə iştirak edərək, Azərbaycan milli rəqs sənətinin sirlərini öyrənirlər. Dərnəyin fəal üzvləri isə ansamblın əsas heyətini təşkil edirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi