lider-media.az

Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə müsabiqə keçirilir

Baxış: 592 Tarix: 30-01-2025, 14:51

Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə müsabiqə keçirilir

Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə “Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş musiqi tarixi və musiqi nəzəriyyəsi sahələrində musiqişünaslıq üzrə” respublika müsabiqəsi keçirir.Nazirlikdən  bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin irsi ilə bağlı yüksək elmi meyarlara cavab verən yeni tədqiqat işlərinin aşkar edilməsidir.Müsabiqədə yalnız ali professional musiqişünaslıq təhsili olan şəxslər (yaş məhdudiyyəti qoyulmur) iştirak edə bilərlər. Müsabiqəyə heç bir yerdə nəşr olunmamış, 2 - 4 çap vərəqi həcmində yeni elmi-tədqiqat işləri təqdim edilməlidir.

Müsabiqədə birinci yerin qalibinə 3000 manat, ikinci yerin sahibinə 2000 manat, üçüncü yerə layiq görülən namizədə isə 1000 manat pul mükafatı təqdim olunacaq.Müsabiqə təqdim olunmuş elmi işlər oktyabrın 1-dək Azərbaycan Bəstəkarlar İttifaqında qəbul olunacaq və ittifaq tərəfindən müəyyən edilmiş münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi