lider-media.az

DİN: Ötən gün ölkə ərazisində 27 cinayətin açılması təmin olunub

Baxış: 158 Tarix: 30-01-2025, 11:03

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 29-da ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
Axtarışda olduğuna görə ümumilikdə 37, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.     
Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Yanvarın 29-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi