lider-media.az

Şabranda “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı ictimai dinləmə keçiriləcək

Baxış: 282 Tarix: 29-01-2025, 14:17

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Şabran rayonunda ictimai dinləmə təşkil olunacaq.

Tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

İctimai dinləmə yanvarın 30-da saat 12:00-da Şabran şəhərində, Heydər Əliyev Mərkəzində (Şabran şəhəri, Heydər Əliyev pr. 60 A) təşkil olunacaq.

Sosial şəbəkələrdə də bizi izləyin:  

Şabranda “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı ictimai dinləmə keçiriləcək


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi