lider-media.az

"Sülh kəsişməsi" layihəsinin Azərbaycansız reallaşması mümkün deyil

Baxış: 165 Tarix: 28-01-2025, 21:11

“Prezident İlham Əliyev nəqliyyat məsələsi ilə bağlı müşavirədə Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana növbəti xəbərdarlığını etdi”.

Lider-media.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Həmçinin Ermənistanın "Sülh kəsişməsi" layihəsini Azərbaycansız beş qəpiklik olduğunu vurğuladi. Həqiqətən də Ermənistanin "Sülh kəsişməsi " layihəsinin Azərbaycansız reallaşması mümkün deyil. Azərbaycan yoxdursa, bu dörd il ərzində niyə "Sülh kəsişməsi " layihəsi reallaşmir?!  

N. Paşinyanın bu layihəsini müxtəlif dinləyir, amma real baxmırlar. Çünki, Ermənistan nə qədər Azərbaycanla razılığa gəlməyəcəksə, belə bir layihəsi baş tutmayacaq. 

Türkiyə "Zəngəzur" dəhlizinin açılması üçün Ermənistanla danışıqlar aparır. Suriyada Türkiyənin MİT rəhbəri İ. Kalın  Ermənistan XİN müavini ilə görüşərək,  Zəngəzur dəhlizinin açılması ilə bağlı təkliflər verib. Prezident İlham Əliyev də Ermənistana müxtəlif kanallar vasitəsilə Yerevana Zəngəzur dəhlizinin açılması ilə bağlı  təkliflər və xəbərdarlıqlar edir. Hələki, N. Paşinyan bununla bağlı obyektiv mövqe ortaya qoymayıb. 

 Azərbaycan, nə də Türkiyə Ermənistanın "Sülh kəsişməsi" layihəsini qəbul etməyəcək. Azərbaycan Naxçıvanla birləşəcək İran ərazisindən yolu inşa edir. Bu yol işə düşdükdən sonra, Ermənistan rəhbərliyi "Zəngəzur" dəhlizinin açılmasına razı olacaq. İtirən tərəf məhz Ermənistan olacaq”. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi