lider-media.az

BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin nümayəndəsi ilə görüş olub

Baxış: 166 Tarix: 28-01-2025, 15:59

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində  Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin əməyin təhlükəsizliyi və sağlamlığı üzrə yeni baş mütəxəssisi Darko Doçinski ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən dövrdə ölkəmizin BƏT-lə uğurlu əməkdaşlıq təcrübəsini və Təşkilatın 60-dək Konvensiyasına qoşulduğunu qeyd edib. Həmçinin BƏT-lə birgə ötən dövrdə Layiqli Əmək üzrə iki Ölkə Proqramının uğurla icra edildiyi, növbəti Ölkə Proqramı layihəsinin də hazırlandığı bildirilib.

Layiqli əməyin təminatının Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsi olduğu qeyd edilib. Əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlar, əməyin mühafizəsi, əmək standartlarının və əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar diqqətə çatdırılıb.  

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki  Əməyin Mühafizəsi Mərkəzinin işəgötürənlərə dəstək tədbirləri qeyd edilib. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşən Əmək Mərkəzinin fəaliyyətindən bəhs olunaraq, Mərkəzlə BƏT-in Beynəlxalq Təlim Mərkəzi arasında əməkdaşlıq sənədinin imzalandığı, iki Mərkəz arasında sıx əməkdaşlığın həyata keçirilməsinin önəmi vurğulanıb.

Görüşdə əməyin təhlükəsizliyi və sağlamlığının təmin olunması sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

   BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin nümayəndəsi ilə görüş olub

BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin nümayəndəsi ilə görüş olub
BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin nümayəndəsi ilə görüş olub
BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin nümayəndəsi ilə görüş olub


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi