lider-media.az

Azərbaycan vətəndaşları Bakıda Rusiya səfirliyinin qarşısında terror qurbanlarını yad edir

Baxış: 536 Tarix: 23-03-2024, 21:26

Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin xatirəsi Rusiya Federasiyasının Bakıdakı səfirliyinin qarşısında da anılır.

Azərbaycan Respublikasının sadə vətəndaşları, ictimaiyyət nümayəndələri səfirliyin qarşısına gül dəstələri düzür, həlak olanların xatirəsinə dualar oxuyurlar.

Səfirlikdə onlayn xatirə kitabı da açılıb.

Faciə ilə əlaqədar səfirlikdə Rusiya Federasiyasının dövlət bayrağı yarıya endirilib.

Qeyd edək ki, Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115- nəfərə çatıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi