Böyük Vətən müharibəsinin başlanması ilə Sovet İttifaqının başı üstünü daha ağır təhlükə - Hitler Almaniyasının təcavüzü alır. Müharibənin ilk günlərində Çərkəz Qurbanov könüllü surətdə cəbhəyə yola düşür.
1942-ci ilin avqustun 18-də faşistlər Şimali Qafqazda hücumu genişləndirərək bir həftə sonra Mozdoku tuturlar. 223 saylı diviziyanın tərkibindəki 1037 – ci polkun kəşfiyyat dəstəsinin komandiri leytenant Çərkəz Qurbanov da faşistlərlə məhz burada – Mozdok ətrafında döyüşə girməli olur. Onun Böyük Vətən müharibəsində qəddar düşmənə qarşı əsas döyüş yolu da buradan başlanır. Döyüşdə göstərdiyi rəşadətə görə polkun ilk medalçısı kimi təltif olunur. Mozdokdan sonra düşmən öz qüvvələrini Georgiyevsk şəhərinə yönəldir. Çərkəz Qurbanov da burada igidlik göstərərək 17 nəfərlə 9 min hərbi əsiri xilas edir. Bu şücaətə görə Çərkəz Qurbanov şəhərin simvolik açarı, “Georgiyevsk-200 il” medalı ilə təltif olunur, Georgiyevsk şəhərindəki Stepnaya küçəsinə Çərkəz Qurbanovun adı verilir. Həmçinin Mozdok şəhərindəki 4 saylı ingilis dili təmayüllü məktəb kəşfiyyatçı Çərkəz Qurbanovun adını daşıyır.
Müharibədən sonra Georgiyevsk şəhərinə qayıdan kəşfiyyatçı o günləri belə xatırlayırdı: “Müharibədən sonra mən Georgiyevsk şəhərinə gələndə yerli əhali məni tanıdı. Onlar mənə siz niyə qəhrəman ordeni ilə təltif olunmamısınız? sualını verdilər. “Mən öz vəzifəmi yerinə yetirmişəm, qəhrəmanlıq nişanına görə vuruşmamışam!” – deyə cavab verdim. Oradan qayıdıb gələndən sonra yerli əhali Sov.İKP MK –nın birinci katibi L.Brejnevə bir narazılıq məktubu göndərirlər. Məktubda deyilirdi: “ Nə səbəbə əsl qəhrəman çəkdiyi əziyyətə görə qəhrəmanlıq nişanı ilə təltif olunmayıb?”
L.Brejnev bu məktubu Azərbaycan KP Mərkəzi Komitəsinin katibi Heydər Əliyevə göndərir. Heydər Əliyev təcili Bakıdan Georgiyevsk şəhərinə televiziya çəkilişi aparmaq üçün müxbirləri cəlb edir. Televiya əməkdaşları əsirlərin azad edilməsi faktına əsasən sənədli film hazırlayırlar. Bu film ayrı-ayrı vaxtlarda nümayiş etdirilir.
Digər istiqamətdə, Budapeşt-Vyana döyüşlərində də fəal iştirak edən Çərkəz Qurbanov qəhrəmanlığı ilə seçilir və öndə olur.

Belə çətin döyüş və qəhrəmanlıq yolu Şimali Qafqaz, Moldoviya, Rumıniya, Bolqarıstan, Macarıstan, Avstriya, Yuqoslaviya, Berlinin azad edilməsində 1945-ci il may ayında müharibə Elbada başa çatana qədər “Qara bəbir” ləqəbli Çərkəz Qurbanov öz kəşfiyyatçı dəstəsi ilə həmişə döyüşün qızğın yerlərində olub qəhrəmanlıq nümayiş etdirir. Onun xidmət etdiyi 223-cü atıcı diviziyasına Belqrad diviziyası adı verilmiş, qulluq etdiyi 1037-ci polk “İvanov” ordeninə layiq görülmüş, polka Vyana şəhərinin adı verilmişdir. 1975-ci ildən isə Ukrayna Respublikasının Çerkassı və Rusiya Federasiyasının Stavropol diyarının Georgiyevsk şəhərlərinin Fəxri vətəndaşıdır. Azərbaycanın cəsur kəşfiyyatçısı Çərkəz Qurbanovun bir çox orden və medallar, Baş komandanlıqdan təşəkkürlər almışdır.
Çərkəz Qurbanov 1946-cı il aprelin 29-da ordu sıralarından tərxis olunur. Bakı, Sumqayıt şəhərlərinin hüquq –mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. “Milis əlaçısı” döş nişanı ilə mükafatlandırılmışdır. Polis mayoru rütbəsinə qədər yüksələn Çərkəz Qurbanov Sumqayıt şəhər Polis idarəsində əməliyyat müvəkkili vəzifəsində işləmiş və təqaüdə çıxmışdır. Qeyd edək ki, Çərkəz Qurbanov 18 il qəsəbə sovetinin deputatı olmuşdur. Göstərdiyi xidmətlərə görə H.Z.Tağıyev qəsəbəsindəki keçmiş Kurçatov küçəsi cəsur kəşfiyyatçı Çərkəz Qurbanovun adını daşıyır.
Qürur hissi ilə deyə bilərik ki, Çərkəz Baxşəli oğlu Qurbanov İkinci dünya müharibəsi zamanı şərəfli döyüş yolu keçmişdir. Onun kimi qəhrəmanların döyüş yolu daima gənclərimizə örnəkdir.
Cəlil Xəlilov
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatının sədri, polkovnik



ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib Prezident İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib YENİLƏNİB
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb