lider-media.az

Tonqa Krallığı Qanunvericilik Məclisinin sədri Azərbaycana gəldi - FOTO

Baxış: 214 Tarix: 14-11-2024, 21:08

Lider-Media.az xəbər verir ki,noyabrın 14-də Tonqa Krallığı Qanunvericilik Məclisinin sədri Lord Fatafehi Kinikinilau Fakafanua Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin deputatları - Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Mircəlil Qasımlı və digər rəsmi şəxslər qarşılayıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi