lider-media.az

AMEA prezidenti akademik İsa Həbibbəyli COP29-da “İqlim elmi: 2024-cü il üçün əsas nəticələr” beynəlxalq elmi konfransında çıxış edib

Baxış: 120 Tarix: 14-11-2024, 17:12

Lider-Media.az xəbər verir ki,COP29 çərçivəsində dünyanın nüfuzlu elmi mərkəzlərindən biri olan Beynəlxalq Elmi Şura və Almaniyanın Karlsruhe Texnologiya İnstitutunun birgə təşkilatçılığı ilə Bakı Olimpiya Mərkəzində “İqlim elmi: 2024-cü il üçün əsas nəticələr” mövzusunda beynəlxalq elmi konfrans  keçirilib.Tədbirdə Beynəlxalq Elmi Şuranın (ISC) baş icraçı direktoru professor Salvatore Arico və Almaniyanın Karlsruhe Texnologiya İnstitutunun professoru Alik İsmayılzadə çıxış edərək konfransın əsas məqsəd və vəzifələrini diqqətə çatdırıb, müzakirələrdən sonra gözlənilən nəticələr barədə ətraflı söhbət açıblar.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirdə çıxış edərək COP29-un elmi əhəmiyyətindən, əsas gözləntilərdən biri kimi müasir reallıqları özündə əks etdirəcək yeni çağırışların meydana çıxacağına əminliyini ifadə edərək bu mühüm beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. AMEA rəhbəri bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 beynəlxalq tədbirləri cəmiyyətin bütün sahələrində, o cümlədən elmdə də yeni təfəkkür və yeni sivilizasiya yaradır. Azərbaycanda keçirilən COP29 yeni sənaye inqilabının anonsu təsiri bağışlayır.

Tədbirdə COP29-a dəvət olunmuş dünya elminin nüfuzlu nümayəndələri, beynəlxalq aləmdə tanınmış elm xadimləri, AMEA Rəyasət Heyətinin əməkdaşları, bir sıra ölkələrin media mənsubları iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi