Keçmiş SSRİ dövründə əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması üçün Bakı şəhərinin əksər yerlərində, xüsusilə də paytaxtın Sabunçu rayonunda su anbarları tikilərək istifadəyə verilib. Bununla da içməli su qıtlığının qarşısı müəyyən dərəcədə alınıb. Baxımsızlıq və nəzarətsizlik üzündən sözügedən su anbarlarından bəziləri artıq istifadəyə yayrarsız vəziyyətə düşüb.
Məsələn, elə götürək Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 87 ünvanında yerləşən su anbarını.
İyirmi ildən çoxdur ki, baxımsız və nəzarətsiz qalmış bu anbar yerli bina sakinlər tərəfindən atılan müxtəlif təyinatlı tullantıların poliqonuna çevrilib. Orada hər gün qalaq-qalaq yığılmış, eləcə də ətrafa dağılmış məişət tullantıları ürəkağrıdıcı mənzərə yaradır. Üstəlik, bu qanunsuz poliqona zərərverici həşəratlarla yanaşı sahibsiz heyvanların daraşması, əsən küləyin zibilləri uzaq məsafələrə uçurması, ərazidən kəskin üfunət qoxusunun gəlməsi və sair bu ərazinin ciddi antisanitariya mənbəyinə çevrilməsindən xəbər verir.
Ayrıca haqqında danışılan tullantıların uzun müddət daşınmaması, poliqonun təmizlənməməsi və dezinfeksiya edilməməsi üzündən yağış yağdıqdan sonra oradan axan çirkli sular ətrafda torf bataqlığı yaradır. Bütün bunlar yoluxucu xəstəliklərin yayılması üçün əsas mənbələrdir. Amma…
Amması budur ki, istismar müddəti başa çatmış su anbarında və onun ətrafında yaranmış tükürpədici, dəhşətli və acınacaqlı vəziyyətə yerli MİS və Bələdiyyə, o cümlədən digər müvafiq dövlət qurumları əhəmiyyət vermir.
Ümid edirik ki, Sabunçu Rayon İcra Hakimiyyəti, Bakıxanov qəsəbə bələdiyyəsi, yerli MİS və digər aidiyyatı orqanlar sözügedən su anbarının gələcək taleyinə aydınlıq gətirəcək, qanunsuz zibil poliqonu ləğv ediləcək, mağaranı xatırladan su anbarının yan- yörəsində olan söküntü və dağıntıları bərpa edəcək.
Əgər bunlar olarsa , orada yaşayan bina sakinlərinin sağlamlığının qeydinə qalınacaq və ən əsası uşaqların təhlükəsizliyi təmin olunacaq.









Analoq.az


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramını böyük fərəhlə qeyd edir - MƏQALƏ
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
İlham Əliyevin andiçmə mərasimi keçirilib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb