lider-media.az

 29  sentyabr  Turizm  işçilərinin  peşə bayramı günüdü

Tarix: 29-09-2024, 06:19

Turizmin inkişafı diqqət mərkəzindədir

Azərbaycan son dövrdə inkişaf tempini sürətləndirərək, dünyanın aparıcı və inkişafda olan ölkələri sırasında öz mövqeyi, eləcə də, mövcud potensialı ilə seçilir və özünəməxsus yer qazanmışdır. Qısa bir dövr ərzində əldə olunan nailiyyətlər ölkənin milli maraqlarının zəminində formalaşmış, eləcə də, dövlət tərəfindən həyata keçirilən milli strategiya, yürüdülən ictimai, siyasi və mədəni mövqe məhz belə imicin Azərbaycan ətrafında yaranmasına gətirib çıxarmışdır. Sözsüz ki, bu uğurlar, nailiyyətlər, Azərbaycanın iqtisadiyyatına, sosial rifahının yüksəlməsinə gətirib çıxarmışdır. 

Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft və bununla bağlı imzalanan beynəlxalq sazişlər, müqavilələr dövlətin maliyyə vəsaitinin yüksəlməsinə və bunun müqabilində ölkənin bütövlükdə sferasının dəyişməsinə səbəb olmuşdur. Məlum olduğu kimi, Ümummilli lider Heydər Əliyev ölkəmizdə turizmin inkişafına xüsusi önəm verirdi. 1999-cu ildə Ulu öndərin müvafiq Fərmanı əsasında qəbul edilmiş “Turizm haqqında” Qanun və 2002-ci ildə həyata vəsiqə almış “2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı” sonrakı dövrlərdə ölkəmizdə  turizm sektorunun inkişafına təkan verdi.

Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılmışdır. Yarandığı ilk gündən Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesinin formalaşdırılması, turizm siyasətinin həyata keçirilməsi, ölkənin turizm potensialının xarici bazarlarda tanıdılması, tabeliyindəki qoruqlarda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə yanaşı turistlər üçün daha maraqlı məkana çevrilməsi üçün genişmiqyaslı işlər görülməyə başlanıldı.Həmçinin, Prezident İlham Əliyev 2022-ci il fevralın 18-də Turizm haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq etmişdir. Bu Qanun Azərbaycan Respublikasında turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və bu sahənin maliyyələşdirilmə mənbələrini müəyyən edir.

   

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun işğal altındakı torpaqlarımızı düşməndən azad etməsi xalqımızda böyük ruh yüksəkliyi yaratdığı kimi, ölkəmizin iqtisadi inkişafı üçün də yeni perspektivlər açmışdır. Bu mənada, azad edilmiş ərazilərdə turzimin inkişaf etdirilməsi daha cəlbedicdir. Sözsüz ki, dövlətimiz tərəfindən Qarabağın təhlükəsiz zonaya çevrilməsi istiqamətində həyata keçirdiyi ciddi tədbirlər bu ərazidə turizm infrastrukturunun förmalaşmasına və dinamik inkişafında mühüm rol oynayacaq. Bununla da Qarabağın turizm potensialı ilə bağlı dünyaya çatdırılan yeni reallıqlar ölkəmizə əlavə investisiyaların cəlb olunması yollarını açacaq.

      Qarabağın turizm potensialı olduqca zəngindir, burada turizmin bir çox növü - eko, dağ, qış, ov və sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar vardır. sahəsində də özünü göstərir. Qarabağ bölgəsi turizm baxımından böyük əhəmiyyətə malik Azərbaycanın yaşıllıqlarla zəngin olan bir ərazisidir. Belə bir unikal təbii iqlim xüsusiyyətləri ərazidə aqroturizmin və kənd-yaşıl turizminin də inkişafı deməkdir. İşğaldan sonra burada kənd infrastrukturunun sürətlə yenilənməsi, normal həyat üçün bütün zəruri şəraitin yaradılması bölgə kəndlərini şəhərli turistlər üçün sevimli istirahət məkanı edəcək. Düşmənin uzn illər ərzində işğal altında olan Qarabağ və ətraf rayonların  infrastrukturunu məhv edərək dağıtmasına baxmayaraq, yaxın gələcəkdə bu bölgə Azərbaycanın əsas turizm mərkəzinə çevriləcək. Sahə mütəxəssisləri də bu fikirdədirlər ki, yaxın gələcəkdə Qarabağ bölgəsinin turizm infrastrukturunun yaradılması və inkişafı üçün keçmiş ənənələr də əhəmiyyətli rol oynayacaq.

     

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Ağdam, Zəngilan, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa və Hadruta səfərlərində dəfələrlə vurğulamışdır ki, biz erməni vandallarının darmadağın etdiyi şəhər və kəndlərimizi əsl cənnətə çevirəcəyik. Sözsüz ki, işğaldan azad edilmiş torpaqlarımız bölgənin turizm imkanlarının artırılmasında mühüm faktordur.

   

2016-cı ildən başlayaraq ölkəmizdə sentyabrın 27-i “Turizm işçiləri günü” kimi  qeyd olunurdusa, Prezident İlham Əliyevin 19 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən turizm işçiləri hər il sentyabr ayının 29-nu peşə bayramı günü kimi qarşılayırlar. Beləliklə, son illərdə qeyri-neft iqtisadiyyatının daha da inkişafına nail olmağı əsas hədəf kimi seçən Azərbaycan özünün bütün bölgələr üzrə mövcud olan zəngin turizm potensialından daha səmərəli istifadə etməyə çalışır. Bu məqsədlə bütün turist marşrutları boyunca zəruri infrastruktur qurulur, mehmanxana və digər obyektlərin sayı artırılır, xidmətin səviyyəsinin yüksəldilməsinə hesablanan tədbirlər görülür, respublikaya gəlib-getmə qaydaları asanlaşdırılır, eyni zamanda, xarici ölkələrdə Azərbaycanın paytaxtının və bölgələrinin turizm potensialı təbliğ edilir. 

    Lider-Media.az

 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi