lider-media.az

“Əsrin müqaviləsi”-30 “Əsrin müqaviləsi”dövlətimizin beynəlxalq nüfuzunun və siyasi mövqelərinin möhkəmlənməsinə xidmət edir

Tarix: 14-09-2024, 09:41



 

                             

Azərbaycan "Əs­rin mü­qa­vi­lə­si"nin im­za­lan­ma­sı­nın 30-cu il­dö­nü­mü ərə­fə­sin­də­dir.Ölkəmizin neft sə­na­ye­si ötən dövr ər­zin­də gö­rül­mə­miş tə­rəq­qi döv­rü keç­miş­dir. Xa­ri­ci şir­kət­lər­lə im­za­lan­mış neft-qaz mü­qa­vi­lə­lə­ri öl­kə iq­ti­sa­diy­ya­tı­nın bü­tün sa­hə­lə­ri­nin, ha­be­lə so­si­al infrastruk­tur ob­yektlə­ri­nin in­ki­şa­fı­na əsas­lı tə­kan ver­miş­dir. Be­lə ki, ötən müd­dət ər­zin­də bir çox iri­miq­yas­lı la­yi­hə­lər hə­ya­ta ke­çi­ril­miş, neft-qaz ha­si­la­tın­da yük­sək gös­tə­ri­ci­lə­rə na­il olun­muş­dur. "Əs­rin mü­qa­vi­lə­si" Azər­bay­can neft sə­na­ye­si­nin dö­nüş nöq­tə­si və ye­ni­cə müs­tə­qil­lik əl­də et­miş res­pub­li­ka­mız­da neft stra­te­gi­ya­sı­nın hə­ya­ta ke­çi­ril­mə­si­nin baş­lan­ğı­cı he­sab edi­lir. Və bu bey­nəl­xalq neft la­yi­hə­si­nin öl­kə­mi­zin döv­lət müs­tə­qil­li­yi­nin qo­ru­nub sax­la­nıl­ma­sı və möh­kəm­lən­di­ril­mə­sin­də müs­təs­na əhə­miy­yət­li ol­du. Azər­bay­can xal­qı­nın ümum­mil­li li­de­ri Hey­dər Əli­ye­vin da­vam­lı iq­ti­sa­di yük­sə­li­şə güc­lü tə­kan ver­miş ye­ni neft stra­te­gi­ya­sı möh­kəm el­mi əsas­lar üzə­rin­də qu­rul­muş­dur. "Əs­rin mü­qa­vi­lə­si" tək­cə öl­kə­miz üçün de­yil, ümu­mi­lik­də bey­nəl­xalq aləm­də ener­ji təh­lü­kə­siz­li­yi sis­te­mi və net ix­ra­cı sa­hə­sin­də öl­kə­miz­lə uğur­lu tə­rəf­daş­lıq edən döv­lət­lər üçün müs­təs­na əhə­miy­yət kəsb edən bir la­yi­hə­dir.

1994-cü il sentyabrın 20-də Bakıda,  “Gülüstan” sarayında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 tanınmış neft şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və  hasilatın pay bölgüsü haqqında” Saziş imzalandı və həmin sənəd, sonradan tariximizə “Əsrin müqaviləsi” kimi əbədilik həkk olundu. Bu saziş ümummilli lider Heydər Əliyevin qalibiyyətli enerji strategiyasının əzəmətli təntənəsinin başlanğıcı oldu. Öl­kə iq­ti­sa­diy­ya­tı­nın in­ki­şa­fın­da neft ami­li­nə xü­su­si önəm ver­mə­si, neft sə­na­ye­si­nin in­ki­şa­fı­nın da­im diq­qət­də sax­la­ma­sı ulu ön­dər Hey­dər Əli­ye­vin uzaq­gö­rən si­ya­sə­ti­nin nə­ti­cə­si idi. "Neft Azər­bay­ca­nın ən bö­yük sər­və­ti­dir. Yal­nız in­di­ki de­yil, gə­lə­cək nə­sil­lə­rə mən­sub­dur" söy­lə­yən ulu ön­dər Hey­dər Əli­yev bu sər­vət­dən sə­mə­rə­li is­ti­fa­də­nin va­cib­li­yi­ni, Azər­bay­can xal­qı­nın so­si­al mü­da­fi­ə­si­nin güc­lən­di­ril­mə­si is­ti­qa­mə­tin­də mü­hüm ad­dım­la­rın atıl­ma­sı­nı qar­şı­ya üm­də mə­sə­lə ki­mi qo­yur­du.


                                                 

"Əs­rin mü­qa­vi­lə­si"nin onun ilk bəh­rə­si olan Ba­kı-Tbi­li­si-Cey­ha­nın dün­ya­da do­ğur­du­ğu əks-sə­da Azər­bay­ca­na ma­ra­ğı ar­tır­maq­la res­pub­li­ka­mı­zı Cə­nu­bi Qaf­qa­za li­der döv­lət ki­mi ta­nıt­dır­dı. BTC  «Əsrin müqaviləsi» imzalandıqdan sonra növbəti mərhələdəki işlər uğurla davam etdirildi. «Əsrin müqaviləsi»nin ardından 1996-cı ildə artıq «Şahdəniz» yatağı üzrə müqavilə imzalandı. 1997-ci ildə «Çıraq» platformasından ilk neft çıxarıldı. 1998-ci ildə Bakı – Novorssiysk neft kəməri bərpa olundu və neftimiz Qara dəniz vasitəsilə ixrac edilməyə başladı. 1999-cu ildə Bakı-Supsa neft kəməri, 2002-ci ildə isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu və 4 ildən sonra istismara verildi. Bundan sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri də istifadəyə verildi. 2012-ci ildə TANAP üzrə layihə imzalandı və artıq bu il çox güman ki, bu layihə üzrə işlər bitəcək və xətt işə düşəcək. Həmçinin, TAP xətti və bu kəmər vasitəsilə qazın Avropa ölkələrinə çatdırılması üzrə işlər gedir. Şahdəniz-1 və Şahdəniz-2-dən çıxarılan qazın xarici bazarlara çatdırılması nəzərdə tutulur. Bunların hamısı, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının nəticələri və bəhrələridir.

                     

                                       

Müqavilə imzalanandan 5 il sonra - 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına göndərildi və ölkəyə valyuta axını başladı. Azərbaycana  daxil olacaq milyardlarla dollar vəsaiti sistemli  şəkildə iqtisadiyyatın inkişafına yönəltmək və ölkənin iqtisadi qüdrətini yüksəltmək üçün ondan  səmərəli idarə edilməsi tələb olunurdu. Neft strategiyası, onun ölkəmizin inkişafında tarixi rolu haqqında danışarkən, ulu öndərin təşəbbüsü və qətiyyəti sayəsində yaradılmış Neft Fondunun fəaliyyətini qeyd etməmək mümkün deyil. Azərbaycanın ən böyük sərvəti olan neftin xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubluğunu bildirən ümummilli lider tarixi qərar qəbul edərək 29 dekabr 1999-cu ildə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” fərman verdi. Fondun yaradılması fəlsəfəsinin əsasını neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edirdi. Belə ki, Neft Fondu bu gün neft sazişlərinin həyata keçirilməsi ilə əlaqədar əldə edilən gəlirlərin toplanması və səmərəli idarə edilməsinin ən effektiv mexanizminə çevrilib. Ulu öndərin sərəncamı ilə Dövlət Neft Fondundan ilk ayrılmış vəsait ən ağır  sosial vəziyyətdə olan soydaşlarımıza, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilib.

 Ölkə Prezidenti İlham Əliyev demişdir ki, Neft Fondunun yaradılması neft strategiyamızın vacib elementlərindən biri olmuşdur: “ Neftin satışından gəlirlər əldə etməyə başladıqdan dərhal sonra Neft Fondu təsis edilmişdir. Fond çox müasir və şəffaf quruluşa malikdir və onun fəaliyyəti və gəlirləri haqqında məlumatlar müntəzəm olaraq dərc edilir. Bu, çox vacib bir məsələdir, belə ki, uğur qazanmaq, ölkəni inkişaf etdirmək və gəlirlərdən lazımi qaydada istifadə etmək üçün maksimum dərəcədə şəffaflığın təmin edilməsi zəruridir”.  “Əsrin müqaviləsi” nin ötən dövrdə Azərbaycana verdiyi dividentlər kifayət qədər böyükdür. Azərbaycan bu dönəmdə dəyəri milyardlarla manat olan iri infrastruktur layihələrinə imza atmaqla, ölkənin ən vacib problemlərinin yüksək səviyyədə həllinə nail ola bildi. 2017-ci il il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan  sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Bu Saziş «Əsrin müqaviləsi» ilə eyni əhəmiyyətə malikdir. Prezident İlham Əliyev bu Sazişi yeni əsrin müqaviləsi kimi səciyyələndirdi.

Müqavilənin uzadılması onu göstərdi  ki, xarici ölkələr və şirkətlər Azərbaycanı ciddi, etibarlı tərəf kimi qəbul edir. Bu amil onu sübut edir ki, Azərbaycan düzgün siyasət həyata keçirir və ölkəmizdə ictimai-siyasi sabitlik yüksək səviyyədədir. Birinci müqavilədə neft ehtiyatları 500 milyon ton həcmində proqnozlaşdırılırdı və icra zamanı 436 milyon ton təşkil etdi. Əslində, neft ehtiyatları daha çoxdur. Yeni Sazişə əsasən həmin yataqlarda neft ehtiyatlarının 500 milyon ton həcmində olması proqnozlaşdırılır.

Bu gün “Əsrin müqaviləsi” Azərbaycan qarşısında yeni imkanlar, yeni üfüqlər açmışdır. Ötən 30 il ərzində Azərbaycanın milli maraqları tam şəkildə təmin olunmuşdur. Azərbaycan Respublikası bu kontraktın icrası nəticəsində böyük və uğurlu yol keçmişdir. Müstəqil respublikamız son illər iqtisadi cəhətdən daha da güclənib, dünya birliyinin lider dövlətlərindən birinə çevrilib. Bütün bunlar isə Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirən ulu öndərimiz Heydər Əliyevin uzaqgörənliklə, zərgər dəqiqliyi ilə işləyib hazırladığı, müəllifi olduğu yeni neft strategiyasından, “Əsrin müqaviləsi”ndən qaynaqlanır. Göründüyü kimi, güclü, qüdrətli Azərbaycan quruculuğu yolunda davam etdirilən qlobal neft-qaz və nəqliyyat layihələri, dövlət proqramları da ən ümdə məqsədə – ölkəmizin iqtisadi qüdrətınin və beynəlxalq nüfuzunun artmasına xidmət edir.

 1994-cü ilin 20 sentyabr ta­ri­xi xal­qı­mı­zın yad­da­şın­da əbə­di ya­şa­ya­caq­dır. Hə­min ta­ri­xi gün­dən baş­la­ya­raq Azər­bay­can xal­qı öz sər­vət­lə­ri­nə tam sa­hib ol­du­ğu­nu dün­ya­ya əya­ni şə­kil­də sü­but edib. Müs­tə­qil Azər­bay­ca­nı­mız bun­dan son­ra daha da  güc­lə­nə­cək, qüd­rət­lə­nə­cək və uğur­la da­im irə­li­yə ge­də­cək­dir. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” təşkil edir.

 

                                                                      Lider-media.az

 

                                                                                                                           

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi