lider-media.az

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Zəngilanda səyyar stomatoloji müayinə aksiyası keçirilib

Baxış: 1170 Tarix: Сегодня, 13:11

Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının tibbi heyəti tərəfindən “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Zəngilan rayonunda ikigünlük tibbi aksiya təşkil edilib.

Aksiya zamanı 86 vətəndaş tibbi müayinədən keçirilib. Zəngilan sakinlərinə stomatoloji fərdi konsultasiyalar verilib və ağız boşluğunun sağlamlığının qorunması ilə bağlı profilaktik tövsiyələr təqdim edilib. Müayinələr zamanı ağız və diş sağlamlığının vəziyyəti qiymətləndirilib, stomatoloji problemlərin erkən aşkarlanması və müalicəsi istiqamətində müvafiq tədbirlər görülüb.

Tibbi xidmətlərin təşkili zamanı tam avtonom işləmə imkanına malik portativ stomatoloji avadanlıqlardan istifadə edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad edilmiş digər ərazilərdə də tibbi müayinə aksiyalarının və maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi