lider-media.az

Qaradağda yeni körpülərin sayı 5-ə çatdı: Onlardan 3-ü Qobustandadır

Baxış: 1138 Tarix: Сегодня, 11:36

Qaradağ rayonunda yol infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər davam etdirilir.Son bir neçə ay ərzində rayonda 5 yeni körpü inşa edilərək istifadəyə verilib. Onlardan 3-ü Qobustan qəsəbəsi ərazisində, Bakı–Ələt–Qazax magistral avtomobil yolunun 55-ci kilometrində, digər 2-si isə Səngəçal–Çeyildağ və Lökbatan–Güzdək avtomobil yollarında yerləşir.Qobustanda istifadəyə verilən üçüncü körpünün uzunluğu 45,2 metr, hərəkət hissəsinin eni isə 10 metrdir.Qeyd edək ki, eyni ərazidə yerləşən dördüncü körpünün də sökülərək yenidən inşasına yaxın günlərdə başlanılması nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi