Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə 91 uşaq himayədar ailəyə verilib. Onlardan 51-i qız, 40-ı oğlandır.Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.
“Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların himayədar ailələrə verilməsi ilə onların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına hədəflənib.
Himayədar ailələrə müvafiq sosial dəstək tədbirləri də həyata keçirilir. Belə ki, himayəyə götürülən 6 yaşadək uşağa görə aylıq 355 manat (əlilliyi olan uşağa görə 500 manat), 7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi olan uşağa görə 600 manat), 14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi olan uşağa görə 650 manat) aylıq müavinət ödənilir.
Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələr hər rübdə bir dəfə hər uşağa görə 200 manat birdəfəlik müavinətlə də təmin edilirlər. Son aylarda himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirilib. Nəticədə uşağın himayədar ailəyə keçidi prosesi üçün minimal müddət azalaraq 2 həftəyə enib. Himayədar ailə olmaq məqsədilə müraciət edən vətəndaşlar üçün təlimlərinonlayn formada keçirilməsi imkanı da yaradılıb.


Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Himayədar ailə valideyn himayəsindən məhrum uşaqların ailə mühitində böyüməsi və inkişafına imkan yaradır
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur
Xocalıda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara mediatur təşkil edilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Türkiyənin turizm gəlirləri 9 ayda 51,3 milyard dollara çatıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ
S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaşları qəbul edib
Şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
“WhatsApp”da yayılan saxta kampaniyalarla bağlı vətəndaşlara xəbərdarlıq edilib
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib
Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası
Leyla Əliyeva Rusiyanın Xalq artisti ilə görüşüb
Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlanıb
“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib
Noyabrın 4-də gözlənilən hava şəraiti
Səbinə Əliyeva yenidən Ombudsman seçildi
Panama Respublikasının Prezidenti Zati-aliləri cənab Xose Raul Mulino Kinteroya

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb