Media və Yayım Şurası son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi ilə bağlı açıqlama yayıb.
XQ xəbər verir ki, açıqlamada son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirakının açıq müşahidə olunduğu qeyd olunub. Siyasi-ideoloji motivlərlə müşayiət olunan, ictimai rəyin manipulyasiyası və ölkənin daxili məsələlərinə müdaxilə xarakteri daşıyan bu cür fəaliyyət informasiya məkanından sui-istifadənin və ictimai etimadı sarsıtmaq cəhdlərinin qəbuledilməz nümunəsidir.
“Eyni orfoqrafik xətalar və yazı üslubu ilə kütləvi paylaşımların olunması, oxşar şərhlərin ardıcıl surətdə “copy-paste” edilməsi, eləcə də ölkəmizə heç bir aidiyyəti olmayan foto və video materialların montaj edilərək yayılması koordinasiyalı şəkildə həyata keçirilən trol hücumlarının primitiv və asanlıqla müəyyənləşdirilən üsuludur.
Paylaşım edənlərin xaricidilli olmasına baxmayaraq Azərbaycan dilində yaradılmış bir həştəqlə qısa zaman ərzində 400-dən çox postun paylaşılması, bir çox hallarda bu məzmunun sadəcə həştəqdən ibarət olması və bir hesabdan dəfələrlə eyni məzmunun tirajlanması bu kampaniyaların manipulyativ xarakterini açıq şəkildə nümayiş etdirir və onların təşkilatçılarına və iştirakçılarına qarşı haqlı ictimai narazılıq və hiddət yaradır.
Müxtəlif anonim hesablar vasitəsilə bu kimi paylaşımların həyata keçirilməsi, habelə neqativ şərh və reaksiyalar vasitəsilə vətəndaşların ictimai qaydanı pozmağa təşviq edilməsi həm Azərbaycan Respublikasının, həm də beynəlxalq qanunvericiliyin tələblərinə tamamilə ziddir və hüquqi məsuliyyət yaradır.
İran və Türkiyədən, xüsusilə “Telegram” və “TikTok” platformaları üzərindən məqsədyönlü informasiya hücumlarının intensivləşməsini informasiya təhlükəsizliyinin qorunması, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq prinsipləri ilə uzlaşmayan hal kimi qiymətləndirir və qətiyyətlə pisləyirik.
Həmin ölkələrin media və sosial media seqmentində Azərbaycan haqqında əsassız və qərəzli materialların, Azərbaycan dövlətinin və xalqının ünvanına hədə, təhdid və təhqirin adi hala çevrilməsi, bununla bağlı hakimiyyət orqanları tərəfindən heç bir tədbir görülməməsi ictimaiyyətimiz arasında narahatlıq və ciddi narazılıq doğurur.
Media və Yayım Şurası bir daha vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini bu cür manipulyativ kampaniyalara qarşı ayıq-sayıq olmağa, həqiqətə uyğun olmayan məlumatların yayılmasında iştirak etməməyə və ölkəmizin nüfuzuna xələl gətirməyə yönəlmiş cəhdlərə qarşı məsuliyyətli və prinsipial mövqe nümayiş etdirməyə çağırır”, - deyə açıqlamada qeyd olunur.


Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəlib
Hakan Fidan Bakıya gəlir
Oktyabrın 15-də gözlənilən hava şəraiti
Lavrov sabah Azərbaycana gəlir
Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib
"Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində şəhər və kəndlərimiz yenidən qurulur, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir".
6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
Vətən müharibəsinin on səkkizinci günü: Zəfərə aparan yolun yeni müjdələri
Əsas kapitala yönəldilmiş investisiyalar
Bugünkü gəmi hücumunda bir azərbaycanlı yaralanıb - XİN
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Pərakəndə ticarət dövriyyəsi haqqında
Fuad Hüseynov BMT QAK-ın sessiyasında Böyük Qayıdış prosesi barədə danışıb
2026-cı ilin yanvar-sentyabr aylarında informasiya və rabitə xidmətləri haqqında
Kənd Təsərrüfatı Nazirliyində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər