lider-media.az

Neftimizin qiyməti yenidən 100 dolları ötdü

Baxış: 166 Tarix: Сегодня, 10:51

neftimizin-qiymeti-yeniden-100-dollari-otdu

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelinin qiyməti 1,83 ABŞ dolları və ya 1,85 % artaraq 100,56 ABŞ dolları təşkil edib. Qeyd edək ki, ötən gün neftimiz 98,73 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Məlumat üçün bildirək ki, “Azeri Light”ın qiyməti ABŞ-İran münasibətlərinin kəskinləşməsi fonunda uzun müddət sonra 100 dolları ötmüş və xeyli vaxt bu həddən aşağı enməmişdi. Lakin iki ölkə arasındakı razılaşmalarla bağlı müzakirələrdən sonra dünya bazarında neft qiymətlərində kəskin enişlər müşahidə edilirdi.  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi