Oktyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıdakı “Nəsimi Bağları” kompleksində olublar.
Əvvəlcə Leyla Əliyeva və Alyona Əliyeva ərazidə nümayiş etdirilən incəsənət əsərlərinə baxıblar. Sonra qonaqlar kapibara konsepsiyası əsasında yaradılan “Capybara Cafe”də olublar.
“Capybara Cafe” ziyarətçilərə unikal və rahat atmosfer təqdim edir. Kafenin interyeri və təqdim olunan məhsullar vahid konsepsiyaya uyğun dizayn edilib. Burada hər bir detal kapibaraları xatırladır. Hətta menyudakı şirniyyatlar da kapibara formasında təqdim olunur.Xatirə hədiyyəsi əldə etmək istəyən qonaqlar üçün isə kafenin daxilində suvenir mağazası fəaliyyət göstərir.Daha sonra Leyla Əliyeva və Alyona Əliyeva “Capybara Azerbaijan” fermasına baş çəkib, burada yaradılan şəraitlə tanış olub, kapibaraları yemləyiblər. Ölkəmizdə ilk kapibara ferması olan “Capybara Azerbaijan” ziyarətçiləri bu unikal heyvanlarla daha yaxından tanış etmək, ekoloji turizmin inkişafına töhfə vermək, həmçinin heyvanlara qarşı məsuliyyətli və qayğıkeş münasibətin formalaşdırılmasına dəstək məqsədilə yaradılıb. Ferma qısa zamanda çoxsaylı ziyarətçilərin sevimli məkanına çevrilib.
Əsasən Mərkəzi və Cənubi Amerikada yaşayan, dünyanın ən böyük gəmiriciləri hesab olunan kapibaralar son illərdə müxtəlif ölkələrdə böyük populyarlıq qazanıblar. Belə ki, inanılmaz dərəcədə mehriban heyvanlar olan kapibaralar öz qeyri-adi görünüşləri və ünsiyyətcil xüsusiyyətləri ilə həm insanların diqqətini cəlb edir, həm də heyvanlara və ümumilikdə təbiətə qarşı daha böyük sevgi oyadırlar. Bütün bunlar nəzərə alınaraq yaradılan “Capybara Azerbaijan” ferması ən son texnologiyalar əsasında inşa edilib.
Fermadakı mövcud infrastruktur kapibaraların təbii yaşayış mühitinə maksimum uyğun şərait yaratmaq məqsədilə layihələndirilib. Burada kapibaralar üçün həm qapalı, həm də açıq hovuzlar, eləcə də fərdi vannalar yaradılıb. Ferma müasir su filtrasiyası sistemi, optimal rütubəti təmin edən avtomatik nəmləndirmə sistemi və təbii Günəş işığını əvəz edən xüsusi UV lampaları ilə təchiz olunub.
Həm uşaqların, həm də böyüklərin böyük marağına səbəb olan bu məkanda ekzotik təbiətin bir parçası ilə yaxından tanış olmaq, onlara toxunmaq mümkündür. Ziyarətçilər kapibaraları yemləyə və onların həyat tərzi, davranışı, təbii yaşayış mühiti haqqında maraqlı məlumatlar əldə edə bilərlər.
Qonaqlar, həmçinin buradakı maraqlı layihələrdən biri olan “Magic Village” ərazisində dünyada məşhur olan hobbit evlərdən birinə baş çəkiblər.










ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
Alyona Əliyeva moda nümayişini izlədi
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Azərbaycan Prezidenti: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir
Prezidentdən sərt XƏBƏRDARLIQ: “Əvvəl siz güzgüyə baxmalısınız...”
Paytaxt sakinlərinə sevindirici xəbər-yeni park salınır
“Azərbaycan hər zaman çoxmədəniyyətli ölkə olub”
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
Vətən müharibəsinin 31-ci günü: Düşmənin hərbi itkiləri, Bərdənin ağır sınağı
Xətai rayonundakı qətl və digər ağır cinayətlərlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib
“Həzi Aslanov” stansiyası işə düşüb
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlim
Yanvar-sentyabr aylarında “Könüllü DOST” proqramına 1100-dən çox şəxs cəlb olunub
Ədliyyə Nazirliyi dövlət icra məmuru vəzifəsinə qəbul üzrə müsabiqədə iştirak edən namizədlərə müraciət edib
Gigiyena qaydaları niyə vacibdir? – Səhiyyə Nazirliyinin mütəxəssisindən praktiki məsləhətlər
İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -