İyulun 1-də Azərbaycan Milli Xalça Muzeyində “Xalça Muzeyi Fashion Show: Zamanın naxışları” adlı moda nümayişi keçirilib.
Alyona Əliyeva tədbirdə iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, muzeyin tarixində ilk dəfə olaraq ekspozisiya və fondlarda qorunan Azərbaycan xalçalarının naxışlarından ilhamlanaraq yerli dizaynerlər tərəfindən yeni moda kolleksiyaları hazırlanıb.
Direktor layihəyə qoşulan dizaynerlərə təşəkkürünü bildirərək deyib: “İlk dəvətimizdən etibarən böyük həvəslə bu təşəbbüsə qoşuldular və altı ay ərzində Azərbaycan Milli Xalça Muzeyinin kollektivi ilə çiyin-çiyinə çalışdılar. Fondlarımızda araşdırmalar apardılar, qədim xalça nümunələrini öyrəndilər və bu gün təqdim olunan kolleksiyalar məhz həmin zəhmətin uğurlu nəticəsidir”.
Ə.Məlikova qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən keçirilən tədbir görkəmli alim, xalçaşünas və rəssam Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr edilib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında vurğulayıb ki, Azərbaycan xalçası əsrlər boyu xalqımızın estetik zövqünü, dünyagörüşünü, həyat tərzini və mənəvi dəyərlərini yaşadan nadir sənət nümunəsidir. Onun sözlərinə görə, hər bir naxış, rəng çaları və kompozisiya yalnız bədii element deyil, həm də tariximizin, milli kimliyimizin və mədəni yaddaşımızın daşıyıcısıdır.
Nazir müavini bildirib ki, milli irsin yaşadılması təkcə onun qorunması ilə deyil, həm də müasir dövrün dili ilə yenidən təqdim olunması ilə mümkündür. Bu baxımdan yaradıcı sənaye sahələrinin, xüsusilə dizayn və modanın milli irsin təbliğində rolu getdikcə artır. O qeyd edib ki, təqdim olunan kolleksiyalar ənənə ilə innovasiyanın vəhdət təşkil etdiyi zaman milli irsin yeni nəfəs qazandığını, daha geniş auditoriyaya çatdığını və aktuallığını qoruduğunu bir daha nümayiş etdirir.
Daha sonra layihə üçün xüsusi hazırlanmış videoçarx nümayiş olunub.
Layihə Azərbaycan xalqının zəngin milli-mədəni irsinin müasir moda dili ilə təqdimatına həsr olunub və ölkənin tanınmış modelyer-dizaynerlərini vahid yaradıcı platformada bir araya gətirib.
Moda nümayişində Azərbaycan xalçaçılıq sənətinin zəngin ənənələri, milli ornamentlər və qədim simvollar müasir estetik baxış prizmasından təqdim edilib. Layihənin əsas ilham mənbələrindən biri bu il 120 illik yubileyi qeyd olunan görkəmli alim, xalçaşünas və rəssam Lətif Kərimovun zəngin yaradıcılığı olub. Dizaynerlər onun yaratdığı xalça kompozisiyalarını, naxışlarını, rəng harmoniyasını və bədii-estetik prinsiplərini müasir geyim kolleksiyalarında yaradıcı şəkildə əks etdiriblər.
“Fashion Show” çərçivəsində 14 peşəkar modelyer-dizayner – Fəxriyyə Xələfova, Gülnarə Xəlilova, Leyla Əhmədova, Yeganə Sadıqova, Mətanət Bayramova, Xəyalə Məsimova, Səbinə Zülalova, Leyla Babazadə, Günay Əliyeva, Şəbnəm Bayramova, Əcəmi Azər, Kübra Nuriyeva, Afaq İsmayılzadə və Xəyalə Bayramovanın hazırladığı ümumilikdə 116 geyim nümayiş etdirilib.
Layihənin əsas məqsədi Azərbaycan xalçaçılıq sənətinin təbliği, milli-mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsi, həmçinin bu irsin müasir təqdimat formaları vasitəsilə daha geniş auditoriyaya çatdırılmasıdır.













Leyla və Arzu Əliyeva təmizlik aksiyasına qoşuldular
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Leyla Əliyeva açılışda iştirak edib
Polis Gününə həsr olunmuş təntənəli mərasim keçirilib
İşğaldan azad edilmiş ərazilərə 249 min başdan çox xırdabuynuzlu heyvan və 185 mindən çox arı ailəsi köçürülüb
İyulun 3-də gözlənilən hava şəraiti
DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi
Rəqəmsal inkişaf Azərbaycanın dayanıqlı gələcəyinin strateji istiqamətidir
Xocavənd şəhərinin və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
Alyona Əliyeva moda nümayişini izləyib
Malyariyaya qarşı universal peyvəndə doğru mühüm elmi irəliləyiş
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi
Azərbaycan polisi – Dövlətçiliyin, qanunun və xalqın keşiyində şərəfli xidmət
Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib
Leyla Əliyeva Cümə məscidini ziyarət edib
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Leyla Əliyeva Yevlaxda açılışda
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini təbrik etdi
Şirvan və Ağgöl milli parklarında "Açıq qapı" günü keçiriləcək
Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faiz icra olunub

ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?
Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası
Beyinin vaxtından əvvəl qocalmasına səbəb olan 6 təhlükə – Nevroloqun açıqlaması