Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın ən qədim sənaye müəssisələrindən və milli ipəkçilik irsinin əsas simvollarından biri olan "Azəripək" ASC-də olub.
Leyla Əliyevaya müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə milli-mədəni irsin qorunması, ənənəvi sənətkarlığın inkişafı, qeyri-neft sənayesinin gücləndirilməsi və "Made in Azerbaijan" brendinin beynəlxalq səviyyədə təşviqi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti çərçivəsində "Azəripək" ASC xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən müəssisə bir əsrdən artıq tarixə malik olmaqla, bu gün də ölkədə təbii ipək istehsalını həyata keçirən yeganə ipək kombinatıdır.
"Azəripək" ASC yalnız istehsal müəssisəsi deyil, həm də Azərbaycanın zəngin ipəkçilik ənənələrinin, milli sənətkarlığının və mədəni irsinin qorunaraq gələcək nəsillərə ötürülməsində mühüm missiya yerinə yetirən strateji sənaye kompleksidir. Müəssisə ekoloji cəhətdən təmiz, tam təbii xammala əsaslanan istehsal prinsiplərinə sadiq qalaraq yaşıl iqtisadiyyatın inkişafına töhfə verir və Azərbaycan ipəyini dünya bazarlarında layiqincə təmsil edir.
Qeyd olunub ki, "Azəripək" ASC-nin fəaliyyəti sayəsində Azərbaycanın 40-dan çox rayonunda minlərlə kümçü və fermer baramaçılıqla məşğul olur, müəssisənin özündə isə 400-dən artıq əməkdaş çalışır. Müəssisə regionlarda məşğulluğun artırılmasına, kənd təsərrüfatının inkişafına və ipəkçilik sahəsində dayanıqlı dəyər zəncirinin formalaşdırılmasına mühüm töhfə verir.
Səfər çərçivəsində Leyla Əliyeva müəssisənin barama emalı sexinə, toxuculuq sexinə və Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş milli kəlağayı sənətinin yaşadıldığı emalatxanaya baş çəkib. O, təbii Azərbaycan ipəyinin istehsalının bütün mərhələləri, qədim sənətkarlıq ənənələrinin müasir texnologiyalarla qorunaraq inkişaf etdirilməsi prosesi ilə yaxından tanış olub.
Leyla Əliyeva müəssisənin əməkdaşları ilə səmimi söhbət edib, onların peşəkarlığını və milli ipəkçilik ənənələrinin qorunması istiqamətində gördükləri işi yüksək qiymətləndirib, kollektivlə xatirə şəkilləri çəkdirib.
Sonda Leyla Əliyevaya kəlağayı hədiyyə olunub.
Bu ziyarət Azərbaycanın milli irsinə, ipəkçilik sənayesinə və yüzillik ənənələrə malik "Azəripək" ASC-nin fəaliyyətinə göstərilən yüksək diqqət və ehtiramın növbəti təzahürü olmaqla yanaşı, ölkəmizdə milli istehsalın, ekoloji cəhətdən təmiz məhsulların və ənənəvi sənətkarlığın inkişafına verilən önəmin bariz nümunəsi kimi qiymətləndirilir.













Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya keçirilib
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovadan
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
K.S.İmanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Blez Paskal: 39 illik ömrə sığmayan bir dahinin ağrı, ağıl və Tanrı axtarışı
Ankarada Azərbaycanın biznes və investisiya mühiti təşviq edilib
Leyla Əliyeva "Nine senses" incəsənət mərkəzindən paylaşım edib
Ucarda fermerlərin toxum təminatına dəstək məqsədilə satış məntəqəsi fəaliyyətə başlayıb
Sağlam arıqlamaq üçün nə etməli?
Səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib
Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq
XƏBƏRDARLIQ
Noyabrın 5-də gözlənilən hava şəraiti
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb