"... Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur". Bunu Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində qürurla söylədi.
Dövlət başçısının bu çıxışı proqram xarakterli idi, çünki o, xalqı qarşısında növbəti illər üçün yeni öhdəliklər götürdü, vədlər, ölkənin inkişaf hədəfləri ilə bağlı mesajlar verdi, dövlət idarəçiliyi, kadr siyasəti, qanunçuluğun təmin edilməsi, bürokratiyanın, korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması və digər sahələrdə islahatların vacibliyini qeyd etdi. Bir sözlə, Prezident yeni bir Azərbaycan uğrunda əhəmiyyətli mərhələyə qədəm qoymaq niyyətində olduğunu bəyan etdi. Tezliklə cəmiyyətin bütün təbəqələrini əhatə edən, ciddi xarakter daşıyan islahatlara başlanıldı və tədricən bu islahatlar öz bəhrəsini verdi...
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən Azərbaycan dövləti üçün yeni bir səhifə açdı, bu səhifə hər il, hər ay, hər gün təzələndi və ölkəmizin möhtəşəm bir uğur hekayəsi yarandı. Azərbaycanı regionun lider dövlətinə çevirmək, onun beynəlxalq nüfuzunu artırmaq, dövlətimizi gücləndirmək, onu daha qüdrətli etmək, əsası ulu öndər tərəfindən qoyulan neft strategiyasının beynəlxalq səviyyədə uğurlu gedişini təmin etmək kimi vəzifələri həyata keçirmək, dövlətimizin dayaqlarını möhkəmləndirmək, ölkənin sosial, sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə nail olmaq üçün ən səmərəli üsul və vasitələr seçildi. Ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilən, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan bir vaxtda bu ağır sosial yükü çiynində daşıyaraq onları həm də çadır şəhərciklərindən müasir evlərə köçürmək, həyat şəraitlərini yaxşılaşdırmaq, Azərbaycanın iqtisadi qüdrətini gücləndirmək üçün olduqca düşünülmüş və təkamülə söykənən islahatları daha ciddi şəkildə aparmaq, digər tərəfdən, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün beynəlxalq səviyyədə diplomatik müstəvidə mübarizə aparmaq dövlət başçısının fəaliyyətinin əsas istiqaməti oldu. Beynəlxalq güclərin Ermənistanın yanında olduğu, Azərbaycana qarşı ikili standartlar nümayiş etdirildiyi, işğala məruz qalan torpaqlarımızın erməniləşdirilməsi üçün ən müxtəlif səviyyələrdə düşmənə yardım göstərildiyi çətin bir dövrdə bütün bunları gündəlikdə saxlamaq, müxtəlif platformalarda, beynəlxalq təşkilatlarda, həm daxili, həm də xarici auditoriyalarda qətiyyətli, cəsarətli bəyanatlar vermək, "Azərbaycan heç bir zaman öz ərazisində ikinci bir qondarma dövlətin yaradılmasına imkan verməyəcək" kimi bəyanatlar səsləndirərək onun arxasında durmaq, güclü ordu yaratmaq dövlət başçısının qarşıya qoyduğu ciddi vəzifələr idi və bu məsul vəzifələrin yerinə yetirilməsi 2020-ci ildə Azərbaycanı qələbəyə qovuşdurdu. 30 illik erməni işğalına son qoyuldu, bu zəfər savaşında Prezident İlham Əliyev özünü Ali Baş Komandan kimi yüksək səviyyədə təsdiq etdi, Azərbaycanı qalib dövlətə, xalqımızı qalib xalqa çevirdi. 2020-ci ildən sonra isə Azərbaycan daha fərqli, yüksək inkişaf mərhələsinə qədəm qoydu.
Dövlət başçısı hər zaman xalqına arxalandı. Xalq isə öz rəhbərinin siyasətini dəstəklədi. Bu isə bir lider kimi ona Azərbaycanın uğurlu, dayanıqlı inkişafını təmin etmək üçün güc, qüvvə verdi. Müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən siyasətə inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir. Xalqımız həyata keçirilən səmərəli, məqsədyönlü daxili siyasətin və müstəqil xarici siyasət kursunun uğurlu nəticələrini yüksək dəyərləndirir, bu siyasətə alternativ görmür.
Azərbaycan liderinin uğurlu xarici siyasəti və ya dərin strateji diplomatiyası ölkəmizin nüfuzunu yüksəldir, təhlükəsizlik mühitini gücləndirir. Regionda yeni təhlükəsizlik və əməkdaşlıq formatı məhz Azərbaycanın yaratdığı geosiyasi reallıqlar əsasında formalaşır, proseslər Bakının iradəsinə uyğun tənzimlənir. Azərbaycan nəinki öz təhlükəsizliyini təmin edir, hətta regional sabitliyə və inkişafa mühüm töhfələr verir.
Regionda yeni geosiyasi nizamın məhz Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonunda təşəkkül tapması da diqqət çəkir. İki dost, qardaş və tərəfdaş ölkə Şuşa Bəyannaməsini imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və onun ən yüksək səviyyədə olduğunu bir daha təsdiq etdi.
Ölkəmizin dünya dövlətləri ilə əlaqələri genişlənir. Yeni əməkdaşlıq platformaları buna imkan yaradır. Azərbaycan daim türk dünyasının birliyinə çağırışlar edərək bunu atdığı addımlarla göstərir.
Azərbaycanın bütün məsələlərə münasibətdə nümayiş etdirdiyi ədalətli yanaşma və strateji baxışları enerji siyasətində daha qabarıq şəkildə nəzərə çarpır. Dövlət başçısı ölkəmizin prinsipial mövqeyini dəfələrlə diqqətə çatdıraraq bildirib ki, enerji amili siyasi təzyiq vasitəsi olmamalıdır. Elə bu səbəbdən də ölkəmizin qatıldığı bütün transmilli layihələrdə tərəfdaşların hamısı bərabər hüquqda iştirak edir, bu əməkdaşlıqdan faydalanır. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzindədir. Bu istiqamətdə perspektivli layihələr həyata keçirilir.
Azərbaycana inam artıb, ölkəmizə etimad göstərirlər. BMT-dən sonra ikinci ən böyük təsisat, Qoşulmama Hərəkatına 4 il sədrlik edən Azərbaycan bu müddətdə böyük uğurlara imza atdı, Təhlükəsizlik Şurasına üzv seçildi. Ən möhtəşəm tədbirlərə ev sahibliyi edən ölkəmiz ilin sonlarında iqlim dəyişmələri ilə mübarizəyə həsr olunmuş daha bir tədbirə - COP29-a da ev sahibi seçilib. Qeyd edək ki, bu barədə dünya ölkələri yekdilliklə qərar qəbul edib.
30 illik münaqişəyə son qoyan, Qarabağda separatizmin kökünü kəsən, müstəqilliyini, suverenliyini tam təmin edən, Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirən Azərbaycan bütün hədəflərinə doğru inamla irəliləyir. İrəlidə olmaq isə həmişə zəfərlə nəticələnir.
Nurəngiz Adilqızı.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
İlham Əliyevin andiçmə mərasimi keçirilib
İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
31 Mart soyqırımı - XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
İyunun 18-də gözlənilən hava şəraiti
Əlilliyi olan uşaqlar üçün növbəti hippoterapiya tədbirləri təşkil olunub
Yer kürəsi təhlükəli həddə yaxınlaşır: 1,5 dərəcəlik sərhəd aşılır
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
Baş prokurorun Naxçıvanda vətəndaş qəbulu
Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları davam edir
2026-cı ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul istehsalı
Bölgələrimizdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO
İdarə Heyətinin sədri Vüsal Nəsirli Zaqatala rayonunda vətəndaşları qəbul edəcək
“Sosial saat”ın budəfəki mövzusu DOST-un beynəlxalq uğurlarına aid olacaq
FHN Mətbuat xidmətinin məlumatı (video, foto)
17 İyun – İnsan sağlamlığının keşiyində dayananların peşə bayramı
FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb
İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
Ötən gün ölkə ərazisində 70 cinayətin üstü açılıb
Bərdədə 10 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
MSK nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək
Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub
“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi olub

Alimlərdən gözlənilməz araşdırma: Şəkərdən tam imtina sağlamlıq üçün risk yarada bilər
Alimlərdən xəbərdarlıq: Şəkərli içkilər qaraciyər xərçəngi riskini artırır
Unikal araşdırma: Zəfəran qadınların psixoemosional vəziyyətinə və özünəinamına müsbət təsir edir
Güc məşqləri sağlam və uzun ömrün açarlarından biridir
Alimlərin qorxulu iddiası: Bu bəzək bitkisi ilanlara sığınacaq yaradırmış