lider-media.az

Motosiklet və moped sürücülərinə müraciət

Baxış: 21152 Tarix: 31-07-2025, 11:17

Motosiklet və moped sürücülərinə MÜRACİƏT

Motosiklet, moped sürücüləri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə dəvət olunub, onlara qaydalar izah edilib, real qəza kadrları izlədilib.

Bu barədə  Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, motosiklet, moped, skuter, həmçinin velosiped kimi nəqliyyat vasitələrinin səbəb olduğu yol-nəqliyyat hadisələrində ağır xəsarət və ölüm halları daha çox olur.

Sürücülər anlamalıdır ki, qəza baş verdikdən sonra gələn zamanı geri qaytarmaq istəyi heç vaxt reallaşmayacaq. Amma baş verən hadisələrdən nəticə çıxarıb nəqliyyat vasitəsini qaydalar çərçivəsində idarə edərək, ara məsafəsini gözləyərək, sürət həddini aşmayaraq, svetoforun qadağanedici nişanında keçməyərək, təhlükəli manevrlər etməyərək qəzalardan yayınmaq mümkündür!

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində bu cür nəqliyyat vasitələrinin sürücülərinə qarşı davam etdirilən profilaktik tədbirlər zamanı hər bir qayda pozuntusunun müxtəlif ağır nəticələrə səbəb ola bilməsi diqqətə çatdırılır. Onlara real qəza videoları izlədilməklə hadisələrin baş vermə səbəbləri daha aydın göstərilir.

İkitəkərli nəqliyyat sürücülərinə bir daha müraciət edirik ki, ağır faciələrə səbəb olmamaq üçün yola çıxarkən bütün hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaq, qaydalara riayət etmək lazımdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi