lider-media.az

Hərbi Polis İdarəsində qoşun xidmətinin təşkili üzrə seminar keçirilib

Baxış: 21616 Tarix: 26-07-2025, 14:57

Cari ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində Azərbaycan Ordusunun birlik və birləşmələrinin əməliyyat və döyüş hazırlığı şöbə (bölmə) rəislərinin baş köməkçiləri ilə qoşun xidmətinin təşkili üzrə seminar keçirilib. 
Seminarda 2024-2025-ci illərin yay və qış tədris dövrlərində Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə qoşun xidmətinin vəziyyəti və hərbi intizam təhlil olunub.
Həmçinin müdafiə nazirinin, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin əmr və direktivlərinə əməl olunması, qoşun xidmətinin təşkili üzrə sənədlərin işlənib hazırlanması, daxili xidmət, qarnizon və qarovul xidmətinin, eləcə də hərbiləşdirilmiş mühafizə işinin təşkili və digər mövzular üzrə məruzələr dinlənilib, müvafiq tövsiyələr verilib.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyinin xidməti-döyüş fəaliyyətinin təşkili və hərbi intizamın daha da yüksəldilməsi ilə bağlı tapşırıqları iştirakçıların diqqətinə çatdırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi