lider-media.az

Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə İsrail səfiri ilə görüşüb

Baxış: 115 Tarix: 23-07-2025, 13:41

İyulun 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumatda  bildirilib ki, nazir Ceyhun Bayramov ölkəmizdə səmərəli diplomatik fəaliyyətinə görə səfir Corc Dikə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, iqtisadiyyat, ticarət, energetika, investisiyalar, humanitar sahələrdə əməkdaşlıq təqdir edilib, əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu vurğulanıb.

Yaxın Şərq regionunda gərgin vəziyyətin ciddi narahatlıq doğurduğu, ölkəmizin sülh və sabitliyin bərqərar edilməsini dəstəklədiyi və bu prosesə töhfə verməyə hər zaman hazır olduğu qeyd edilib.

Səfir Corc Dik 6 il müddətində İsrailin Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman xatırlayacağını vurğulayaraq, ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi