Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində uğurlu əməliyyatlar keçirərək düşmənin işğalçı qüvvələrini qısa müddətdə darmadağın etdi və ölkəmizi ərazi bütövlüyünə qovuşdurdu. Lakin faşist xislətli ermənilər məğlubiyyətlərindən dörd ilə yaxın bir müddətin keçməsinə baxmayaraq hələ də minalanmış ərazilərin xəritələrinin olmadığını iddia etməkdə davam edirlər.
“...Qeyd edim ki, müharibədən sonra minaların partlaması nəticəsində 350-dən çox insan həyatını itirib və ya ağır yaralanıb. Onların əksəriyyəti mülki şəxslərdir. Təəssüf ki, bu rəqəm artacaq, çünki Ermənistanın əllərində olmadığına görə bizə verməkdən imtina etdiyi və nəhayət verməyə razılaşdığı qeyri-dəqiq mina xəritələri əldə etmişik. Dəqiqlik müxtəlif hesablamalardan asılıdır və təxminən 25 faizə bərabərdir. Minatəmizləmə həm də yenidənqurma üçün ən böyük maneədir, çünki minalardan təmizlənmədən biz nəinki insanları, hətta texnikanı daşıya, nə də yol çəkə bilərik. Resurslarımız məhduddur. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyimizdə kadrların sayını artırırıq. Eyni zamanda, Müdafiə Nazirliyimizdə minatəmizləyənlərdən ibarət bir neçə hərbi hissə yaratmışıq, amma yenə də bu, kifayət deyil. ... Hər il biz minatəmizləmə agentliyinə büdcəmizdən təxminən 60-70 milyon ABŞ dolları ayırırıq. Yetərli deyil, lakin artırmırıq. Səbəbi maddi imkanımızın olmaması deyil, əslində, təlimləndirilmiş heyətin çatışmazlığıdır, çünki küçədən adam göndərə bilmirsən. Bu, təhlükəli işdir. Yaxşı hazırlıq keçməlidirlər.”
Bu fikirləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumunda Böyük Britaniya Müqəddəs Andrews Universitetinin professoru Rik Faunun sualını cavablandırarkən bildirib.
Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları ərziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar.
1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsis edilmiş Agentliyin əsasında ölkə Prezidentinin 2021-ci il 15 yanvar tarixli Fərmanı ilə yaradılan publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin qarşısında yeni strateji hədəflər yer alıb. Agentlik işğaldan azad edilmiş və müharibə təsirinə məruz qalmış ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, zərərsizləşdirilməsi, eləcə də bu sahə üzrə icra edilən fəaliyyəti əlaqələndirir.
Hazırda ANAMA yüksək peşəkar kadr potensialına və müasir maddi-texniki bazaya malikdir. Qalibiyyət Zəfərindən sonra işğaldan azad edilmiş torpaqlarımızda minatəmizləmə işlərinə başlanılsa da, xəritələrin gizlədilməsi qurbanların sayını artırır. Şübhəsiz, ərazilərin minalardan təmizlənməsi işi olduqca çətin və uzun vaxt tələb edən fəaliyyətdir. Düşmənin çoxlu sayda mina sahələrinin yaratması müharibədən ötən dövr ərzində dəfələrlə insanların minaya düşərək həyatını itirməsinə səbəb olub.
Bəs statistika nə deyir? Minatəmizləmə sahəsində 25 illik təcrübəyə malik Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatına görə, 1991-ci ildən 2024-cü ilin 15 aprel tarixinə kimi mina qurbanlarının sayı 3 432 nəfər təşkil edir. Onlardan 358 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci ilin noyabr ayından 2024-cü ilin 15 aprel tarixləri müddətində mina qurbanlarının sayı isə 353 nəfər təşkil edir. Statistik rəqəmlərdən belə nəticəyə gəlmək olar ki, müharibə başa çatsa da lakin onun bəlaları tam bitməyib.
Qarabağ və Şərqi Zəngəzurda hazırda mina müharibəsi, əslində terroru bugün də davam edir. Müharibədən sonra həm ərazilərimizin minalardan təmizlənməsində çalışanlar, həm xidməti vəzifəsini yerinə yetirmək üçün, həm də digər səbəblərdən orada olanlar arasında minaya düşüb zərər çəkənlər yüzlərlədir. 2024-cü il 12 aprel tarixində Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib. İki mülki şəxs keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hər iki şəxs ayağından xəsarət alıb.
Həmçinin Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı qeyd olunmuş ərazidə improvizə olunmuş partlayıcı qurğular, partlayıcı maddələr, elektrik və qeyri elektrik detonatorlarından ibarət güclü partlayış törətmək üçün hazırlanmış xeyli sayda partlayıcı yüklər, habelə Ermənistan istehsalı olan D1 markalı əl qumbaralarından istifadə edilərək quraşdırılmış improvizə edilmiş partlayıcı qurğular aşkarlanıb.
Bu günazad olunan torpaqlarda bərpa işlərinin sürətlənməsi xeyli dərəcədə minaların aşkarlanıb zərərsizləşdirilməsindən asılıdır və bu istiqamətdə gərəkli addımlar atılmaqda davam edir. Böyük Qayıdışın mina terroru vasitəsilə ləngidilməsi təkcə Ermənistanın əl atdığı məkrli həmlə deyil, bu, həm də iki dövlətin və xalqın reinteqrasiya məsələsinə hər vəchlə mane olmağa çalışan qüvvələrin planıdır.
Lider-media.az