Xatırlayıram, o vaxtı ərazilər ard-arda itirildikcə, kəndimizə gələn tanımadığımız insanların sayı da artırdı. Məcburi köçkün düşən ailələr kənddə evlərdə, inzibati binalarda, bağça və məktəblərdə yerləşdirilirdilər. İnsanları yurd həsrəti, mal-mülk itkisi ilə yanaşı, ümidsizlik, inamsızlıq da rahat buraxmırdı. Artıq bütün çətinliklər arxada qalıb. İndi Azərbaycan dünyada inkişaf və yüksəlişin ünvanı olmaqla həm də qalib dövlət kimi tanınır. 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində ölkəmiz 30 illik işğala son qoydu. Düşmən əsarətində olan yurd yerləri azadlığına qovuşdu. Ötən illər ərzində böyük uğurlara imza atıldı. Bu gün Qarabağ yeni həyatını yaşayır. Lakin bütün bunlara baxmayaraq, işğaldan azad edilən ərazilərdə olan "lal" təhlükə davam edir.
Hazırda Azərbaycan minalardan ən çox zərər çəkən ölkələrdən biridir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın vaxtilə basdırdığı minalar humanitar missiyaların həyata keçirilməsinə, məcburi köçkünlərin dədə-baba torpaqlarına tez bir zamanda geri qayıtmalarına maneə olur. Ermənistanın mina terroru ilə beynəlxalq hüququ kobud surətdə pozması dünya birliyinin gözü qarşısında baş versə də nüfuzlu beynəlxalq təşkilatlar ikili mövqeyindən əl çəkmirlər. Ermənistan isə "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyasının tələblərini kobud şəkildə pozmaqda davam edir. BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da Ermənistan tərəfindən açıq-aydın pozulur. Sözügedən konvensiyaya əsasən münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürüb. Təəssüf ki, müharibənin bitməsindən illər keçsə də İrəvan bu öhdəliyə hələ də əməl etmir.
Dəqiq xəritələrin verilməməsi nəticəsində bu gün də mina qurbanlarının sayı artmaqdadır. İkinci Qarabağ müharibəsindən sonra mina zərərçəkənlərinin sayı 388-ə çatıb. Onlardan 70-i həlak olub, 318-i isə müxtəlif dərəcəli xəsarət alıb. Ümumiyyətlə, 1991-ci ildən bu günə kimi 3400 nəfərdən çox insan mina partlamasından zərər çəkib. Onlardan 359 nəfəri azyaşlı və gənc, 38 nəfəri qadındır. 2020-ci ildən bu günədək 191 555 hektar ərazi minadan təmizlənib. 36 mindən çox piyada əleyhinə, 21 mindən çox tank əleyhinə mina, 133 mindən çox partlamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Minalardan təmizlənən ərazilər tikinti meydanına çevrilir. Yenidən qurulan kəndlərə, şəhərlərə sakinlərin köçü davam etdirilir. Qarabağ və Şərqi Zəngəzurun davamlı inkişafı və bölgənin dirçəlişi isə mina təhlükəsinin aradan qaldırılmasından asılıdır. Məcburi köçkünlərin məskunlaşdırılması və regionun iqtisadi inteqrasiya prosesi mina problemi həll edilmədən mümkün deyil. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, orada istənilən fəallıq, istənilən inkişaf minalardan təmizləmə işindən asılıdır: "Ona görə, biz həm sürəti artırmalıyıq, eyni zamanda minalardan təmizləmə işi elə aparılmalıdır ki, yenə də deyirəm, o işlər başa çatandan sonra hər hansı bir təhlükə olmasın. Azad edilmiş torpaqlarda minalardan başqa, partlamamış sursatlar da kifayət qədər çoxdur, bu da təbiidir. Çünki müharibə dövründə gedən döyüşlər təbii ki, azad edilmiş torpaqlarda partlamamış sursatların çoxluğuna səbəb olmuşdur. Odur ki, əraziləri bu sursatlardan təmizləmək də böyük zəhmət tələb edən məsələdir".
Azərbaycan dövlətinin bu istiqamətdə səyləri və öz gücünə həyata keçirdiyi tədbirlər bu yerlərin yenidən cənnətə çevrilməsinə rəvac verir. Qarabağ və Şərqi Zəngəzur bölgəsi addım-addım minalardan təmizlənir və istifadə üçün yararlı hala gətirilir. Bu işdə bütün məsuliyyəti və ağırlığı öz çiyinlərində daşıyan ANAMA əməkdaşları isə hər dəqiqə təhlükə ilə üz-üzədirlər. Qələbədən keçən beş ilə yaxın müddət ərzində Agentliyin onlarla əməkdaşı mina partlaması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb və həyatını itirib. Bir neçə gün əvvəl də oxşar hadisə baş verib. Belə ki işğaldan azad edilmiş Cəbrayıl rayonu Mehdili kəndi ərazisində piyada əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Heydər Əli oğlu Xankişiyev ağır yaralanıb. Hadisə nəticəsində onun sağ ayağı topuq nahiyəsindən amputasiya olunub.
Onu da qeyd edək ki, Heydər Xankişiyevin atası Əli Xankişiyev Birinci Qarabağ müharibəsi zamanı şəhid olub. O, İmişli rayonu polis şöbəsinin baş çavuşu işləyib, müharibənin ən qızğın dövründə ön cəbhədə qəhrəmancasına döyüşüb. 1991-ci il noyabr ayının 14-də Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Atasının şəhid olduğu 1991-ci ildə dünyaya gələn Heydər Xankişiyev peşə fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə şərəflə yerinə yetirib. Bir zamanlar "Sarıxanlı qartalları" adı ilə cəbhədə igidlik göstərən oğulların missiyasını öz əməli addımları ilə davam etdirib. Vətəni, torpağı hər şeydən üstün tutan oğlu o qorxunc məqamda, ölümlə üz-üzə qaldığı zamanda şəhid atasının ruhu qoruyub.
Müharibənin bitməsindən beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi davam edir. Torpağın altındakı ölüm kabusu səngimək bilmir. Onu da qeyd edək ki, həmin günü daha bir mina partlayışı da baş verdi. Məlumata görə, hadisə zamanı Ağdam rayonunun Qalayçılar kəndi ərazisində 42 yaşlı Səbuhi Məmmədov iki azyaşlı övladı ilə minalardan təmizlənməmiş əraziyə daxil olub və onlar piyada əleyhinə minaya düşüblər. Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə hospitalizasiya olunublar. 13 yaşlı qızı və 11 yaşlı oğlu ilə birgə minaya düşən atanın ayağı amputasiya edilib.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Xocalının Vətən Müharibəsi Şəhidləri
ULU ÖNDƏRİN MÜSTƏQİL AZƏRBAYCANIN QURTULUŞUNDA VƏ DÖVLƏTÇİLİK TARİXİNDƏ MÜSTƏSNA ROLU
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb