Prezident Ərdoğan: "Türkiyə iqtisadiyyatına və millətin dincliyinə qarşı edilən hər hansı təxribatın hesabı veriləcək"
"Bəli, biz ötən 23 ili yıxılmadan dik duraraq keçirmişik. Amma qaranlıq qətllərlə xaos yaratmaq niyyətində olanları, prezident seçilməyimizə mane olmaq üçün dövlət çevrilişi üçün qışqıranları, FETÖ-nün xəyanətlərini, tanklarını alqışlayanları, terror təşkilatlarının sərhədlərimizə, şəhərlərimizə hücumlarından kömək umanları heç vaxt unutmamışıq.
Lider-media.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti və AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Türkiyə Böyük Millət Məclisində (TBMM) Qrup Toplantısında çıxışı zamanı səsləndirib.
Türkiyə Prezidenti bildirib ki, biz də məhkəmə sisteminin öz işini görməsini və məhkəmələr tərəfindən təqsirli bilinənlərin cəzalandırılmasını gözləyirik. Respublika başçısı olaraq biz təbii ki, vətəndaşlarımızın hüquqları üçün hər addımı atırıq. Bunu edərkən biz öz vəzifə və məsuliyyətimizdən kənara çıxmırıq.
R.T.Ərdoğan deyib: "Bunu CHP rəhbərliyinə xatırladıram. Səviyyəni nə qədər aşağı salsan da faydası yoxdur. Sizin korrupsiya çarxınız üzə çıxdı. Sağa-sola iftira atmağı dayandırın. Partiyanız daxilindəki qol güləşində bizdən dəstək almaq hiyləsini dayandırın. Bizi və millətimizi qərq olduğunuz çuxura sürükləməyə çalışmayın. Əgər özünüzə hörmətiniz varsa, bir az dürüst və şəffaf olun".
Türkiyə lideri vurğulayıb ki, Türkiyə iqtisadiyyatına və millətin dincliyinə qarşı edilən hər hansı təxribatın hesabı məhkəmə qarşısında veriləcək.
Səadət