lider-media.az

Lukaşenko bu gün and içəcək

Baxış: 126 Tarix: 25-03-2025, 13:13

Lukaşenko bu gün and içəcək

Bu gün Belarus Respublikasının yeni seçilmiş Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçiriləcək.

, 1100-dən çox insanın dəvət olunduğu andiçmə mərasimi Müstəqillik Sarayının ən böyük zalında – Təntənəli mərasimlər salonunda keçiriləcək.

Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinə aşağıdakı məzmunda and içəcək: “Belarus Respublikasının Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayaraq ölkənin xalqına sədaqətlə xidmət edəcəyimə, insan və vətəndaşın hüquq və azadlıqlarına hörmətlə yanaşılacağıma və müdafiə edəcəyimə, Belarus Konstitusiyasına riayət və onu müdafiə etməyə, üzərimə düşən yüksək vəzifələri müqəddəs tutaraq vicdanla yerinə yetirməyə təntənəli surətdə and içirəm”.

Prezidentin andiçmə mərasimindən sonra Müstəqillik Sarayının yanında yerləşən Dövlət Bayrağı Meydanında hərbi qulluqçuların Belarus xalqına və Prezidentinə andiçmə mərasiminin keçirilməsi planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi