lider-media.az

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident

Baxış: 115 Tarix: 20-03-2025, 10:09

Azerbaijan Energy Automotive Factory” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

Ötən ilin noyabrında Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının lokallaşdırılmasına dair imzalanmış müqavilə çərçivəsində “Azerbaijan Energy Automotive Factory” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

Yeni qeydiyyata alınan rezident tərəfindən Sənaye Parkının ərazisində elektrik mühərrikli avtobusların istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 29 milyon manatdan çox olan layihə çərçivəsində 600 nəfər işlə təmin ediləcək.

Çinin qabaqcıl texnologiyasından istifadə ediləcək müəssisənin cari ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

Şirkət tərəfindən istehsal ediləcək elektrik mühərrikli avtobuslar BYD markası adı altında satışa çıxarılacaq və ilkin mərhələdə 12 metr uzunluğunda olan BYD "K9UD" model avtobusların istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 500 ədəd avtobus təşkil edəcək.

İstehsal ediləcək elektrik mühərrikli avtobuslar ilkin mərhələdə daxili təlabatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələdə isə ixracı nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi