lider-media.az

Tələbələr Maştağa hidrometeoroloji stansiyasının fəaliyyəti ilə tanış olublar

Baxış: 216 Tarix: 20-03-2025, 09:44

Tələbələr Maştağa hidrometeoroloji stansiyasının fəaliyyəti ilə tanış olublar
Milli Hidrometeorologiya Xidmətində istehsalat təcrübəsi keçən Bakı Dövlət Universitetinin və Bakı Mühəndislik Universitetinin tələbələri üçün Maştağa hidrometeorologiya stansiyasına ekskursiya təşkil olunub.
Təcrübə zamanı Xidmətin mütəxəssisləri tərəfindən tələbələrə stansiyanın fəaliyyətinin təşkil edilməsi, hidrometeoroloji müşahidələrin aparılması, meteoroloji cihaz və avadanlıqların iş prinsipi barədə ətraflı məlumat verilib. Daha sonra mütəxəssislər tərəfindən meteoroloji müşahidələrin aparılması və əldə olunan məlumatların ötürülməsi əyani göstərilərək izah olunub. Eyni zamanda tələbələr stansiyada həyata keçirilən aeroloji müşahidələrin aparılması qaydaları, əhəmiyyəti və bu müşahidələrin Erkən Xəbərdarlıq Sistemində önəmi barədə məlumat əldə ediblər.
Tədbirin sonunda tələbələrlə hidrometeorologiya və Erkən Xəbərdarlıq Sisteminin inkişaf etdirilməsinin əhəmiyyəti ilə bağlı diskussiya aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi