lider-media.az

Nazir Məcnun Məmmədov Şamaxı və Ağsuda yerləşən şərab istehsalı müəssisələri və heyvandarlıq təsərrüfatının fəaliyyəti ilə tanış olub

Baxış: 7 Tarix: 17-02-2025, 14:31

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şamaxı və Ağsu rayonlarında yerləşən şərab istehsalı müəssisələri və Ağsu rayonunda yerləşən heyvandarlıq təsərrüfatının fəaliyyəti ilə tanış olub.

Şamaxı rayonunda orqanik şərab istehsalçısı olan “Şirvan şərabları” (“Meysəri”) və Ağsu rayonunda “Azgranata” MMC şərab istehsalı müəssisələrinə baş çəkən nazirə müəssisələrin mövcud vəziyyəti, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal edilən məhsullar barədə məlumat verilib.

Görüşlərdə ölkədə şərabçılığın inkişafı, şərabçılıq məhsullarının istehsalının artırılması və keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyaların tətbiqi, bu sahədə təcrübə mübadiləsi, xarici bazarlara məhsul ixracının genişləndirilməsi istiqamətində görülən işlər və atılacaq addımlar müzakirə olunub.

Daha sonra nazir Məcnun Məmmədov Ağsu rayonunda yerləşən “Ağsu Aqropark” QSC-yə baş çəkib, heyvandarlıq müəssisəsinin fəaliyyəti ilə tanış olub. Bildirilib ki, aqroparkın əsas fəaliyyət istiqamətlərindən biri heyvandarlıqdır. Heyvandarlıq kompleksinin yemə olan ehtiyacı daxili istehsal hesabına ödənilir. Müəssisə təsərrüfatda yem bazasının təmin olunması üçün müasir suvarma sistemləri tətbiq etməklə əkinçilik fəaliyyəti ilə məşğul olur.

Nazirə müəssisədə görülən işlər barədə məlumat verilib, istehsal prosesinin daha da təkmilləşdirilməsi, heyvandarlıq və südçülüyün inkişafı, ixtisaslaşmış ətlik və südlük iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyi, istehsalda müasir texnologiyaların tətbiqi, heyvandarlıqda yem təminatı, innovativ yemləndirmənin əhəmiyyəti məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi