N.Hikmətin 1935-ci ildə qələmə aldığı "Şöhrət və ya unudulmuş adam" pyesi "Kəllə" əsərində qoyulan problemə başqa bir formada baxışı əks etdirir. Qeyd edək ki, bu əsər sonrakı nəşrlərdə "Unudulmuş adam" adı ilə çap olunmuşdur. Professor, doktor, assistent, fotoqraf, xidmətçi və s. obrazların iştirak etdiyi bu əsərdə şöhrət xəstəliyinə tutulmuş insanların acınacaqlı taleyi ümumbəşəri faciə tipində təqdim olunur. Əsərin əsas obrazı olan cərrah öz şöhrəti üçün həyatda hər cür addım atmağa, hər nəyə göz yummağa hazırdır. O, şöhrətini qorumaq üçün gənc arvadının öz assistenti ilə gizli görüşlərinə göz yumur, qızının bu görüşlə bağlı məlumatlarına etinasızlıq göstərir. Ona elə gəlir ki, arvadının xəyanəti cəmiyyət arasında yayılsa, şöhrətini itirə bilər. Cəmiyyətdə şöhrət tapmış cərrah hər axşam qəzetlərdə özü haqqında dərc olunmuş yazılara baxır, onlardan qürur duyur. Lakin iş elə gətirir ki, cərrah bu barədə bir az düşünməli olur. Çünki təsadüfən qəzetdə "Unudulmuş adamlar kitabxanası" adlı hekayəni oxuyur və hekayədə şöhrətini itirən bərbər, idmançı və yaşlı bir kişinin həyatı haqqında oxuduqları onda böyük narahatçılıqlar yaradır. Bu səhnədə müəllif onun şöhrət barədə ziddiyyətli, birtərəfli baxışlarına aydınlıq gətirmək istəyir. O, başa düşür ki, qazanılan şöhrət bir an içində itirilə bilər. Bu qorxu onu şöhrəti qorumaq naminə hər şeyə vadar edir. O, qeyri-qanuni hamilə qalmış qızını öz şöhrəti yolunda maneə hesab edir. İnsanların bu xəbəri bilməməsi üçün cərrahiyyə yolu ilə qızının uşağını məhv etmək istəyir. Əməliyyat zamanı qızı öldüyündən cərrah həbs olunur. Həbsxanadan çıxandan sonra cərraha cəmiyyətdə yer tapılmır. Çünki cəmiyyətin insana baxışlarında anormallıq hökm sürür. Bu cəmiyyətdə insanlara hörmət şəxsiyyət və qabiliyyətinə görə deyil, vəzifəsinə, maddi imkanlarına və bu kimi digər cəhətlərinə görə bildirilir. Əsərdə müəllif cərrahı birtərəfli obraz kimi verməyib. Bütün bunlarla yanaşı, cərrah həm də xeyirxah və humanist insan təsiri bağışlayır. Məs., N.Hikmət əsərdə cərrahın kimsəsiz, imkansız bir qadının kor uşağını pulsuz əməliyyat etməsi və ona qayğı göstərməsi səhnələrində bu insanın hərtərəfli planda göstərilməsini təmin edir.
SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında “Bir məhəlləli iki oğlan”, “Sevdalı bulud”, “Yaşamaq gözəldir, qardaşım”, “Məhəbbətim, kədərim mənim” filmləri çəkilib. Bəstəkar Arif Məlikov şairin “Məhəbbət əfsanəsi” pyesi əsasında eyniadlı balet yazıb.
SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında “Bir məhəlləli iki oğlan”, “Sevdalı bulud”, “Yaşamaq gözəldir, qardaşım”, “Məhəbbətim, kədərim mənim” filmləri çəkilib. Bəstəkar Arif Məlikov şairin “Məhəbbət əfsanəsi” pyesi əsasında eyniadlı balet yazıb.



10 noyabr Mustafa Kamal Atatürkün doğum günüdür
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 110 il ötür
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb