1990-cı il dekabrın 18-də BMT Baş Məclisi tərəfindən "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında" Konvensiya qəbul edilib. Həmin Konvensiya Azərbaycan Respublikası Milli Məclisinin 1998-ci il 11 dekabr tarixli qanunu ilə ratifikasiya olunub. 2000-ci ildən etibarən dekabrın 18-i dünyada Beynəlxalq Miqrantlar Günü kimi qeyd olunur.
Tarixən mövcud olan miqrasiya və miqrantlar mövzusu çağdaş dövrdə daha çox aktuallaşıb və qlobal sosial proseslərə ciddi nüfuz edir. Beynəlxalq münasibətlər sistemində miqrasiya prosesi və etnik yerdəyişmələr ən problemli, həssas məsələ kimi gündəmdədir. Bu proses ölkədaxili, bir ölkədən başqa ölkəyə miqrasiya, insan alveri, leqal və qeyri-leqal miqrasiya,etnik münaqişələr, sərhədlərin dəyişməsi, məcburi köçkün və qaçqınlar, qaçqın statusu almaq niyyətində olan və sığınacaq axtaran şəxslər, zəka axını, əməkçi tranzit miqrantlar, miqrasiya prosesinin dövlətlərarası əlaqələrə təsiri və digər formalarda təzahür etməklə hər bir dövlətin xarici və daxili siyasətində önəmli yer tutur.
Bu gün dünyada miqrantların hüquqlarının qorunması və miqrasiya proseslərinin tənzimlənməsi aktual məsələlərdir. Statistik məlumatlara görə, dünyada bir milyarddan çox miqrant var. Onların 250 milyonu beynəlxalq miqrantlar, 750 milyonu isə ölkələrinin daxilində miqrasiya edənlərdir. Proqnozlar göstərir ki, 2030-cu ildə dünya əhalisinin 60 faizi şəhərlərdə məskunlaşacaq. Araşdırmalar inkişaf etməkdə olan ölkələr arasında miqrasiyanın həcminin artdığını deməyə əsas verir. Həmçinin tədqiqatlar göstərir ki, onların əksəriyyətini əməkçi miqrantlar təşkil edir.
Bəşəriyyət İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün axınına şahid olub. İndi dünyada ümumilikdə 65,3 milyon nəfər öz yurd-yuvasından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilib. Avropanın rekord həddə sığınacaq müraciəti qəbul etməsinə baxmayaraq, qaçqınların təxminən 86 faizi hələ də kasıb və ya inkişaf etməkdə olan ölkələrdə məskunlaşıblar.
Baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın, xüsusilə sosial-iqtisadi miqrasiyanın genişlənməsinə təsirsiz ötüşmür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra miqrasiya sahəsində ardıcıl tədbirlər görülüb, qanunvericilik təkmilləşdirilib. İqtisadi inkişafın və sabitliyin təmin olunması, neft layihələrinin gerçəkləşməsi xarici investorların və əməkçi miqrantların ölkəmizə axınına səbəb olub.
Ötən əsrin 90-cı illərində Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə milli, müstəqil miqrasiya siyasəti həyata keçirilməyə başlanıb. Bu tarixi bir nailiyyət idi. Çünki sovetlər dönəmində respublikaların miqrasiya spesifikası nəzərə alınmırdı. Ümumi siyasi ideoloji xətt əsasında bir çox azsaylı xalqların məcburi deportasiyası da sovet dönəmində baş vermişdi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə mövcud olan son dərəcə mürəkkəb miqrasiya şəraiti hər bir azərbaycanlı vətəndaşın yaxşı xatirindədir. Həmin dövrdə miqrasiya siyasəti sahəsində qəbul olunan qanunlar, verilən fərmanlar, imzalanan beynəlxalq sənədlər, miqrasiyanın idarə olunması ilə bağlı milli strategiyanın müəyyənləşməsi diqqəti cəlb edir.
Hazırda ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ardıcıl tədbirlər görülür. Azərbaycanın miqrasiya sahəsindəki siyasəti ölkənin sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı, miqrantların həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, onların hüquqlarının müdafiəsinə yönəlib.
Müstəqil Azərbaycan Respublikası üçün miqrasiya proseslərinin beynəlxalq normalara uyğun tənzimlənməsinin təmini, miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi prioritet istiqamətlərdir. Dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə miqrasiya axınlarını nəzarətdə saxlamaq və prosesi yerli qanunvericiliyə uyğunlaşdırmaq, idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir.
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün hüquq və azadlıqları tam təmin olunur. Bununla bağlı Dövlət Miqrasiya Xidməti beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirir. Belə ki, qurum tərəfindən ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlərin inkişaf etdirilməsi, dialoqun gücləndirilməsi, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və tətbiqi, miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, əməkçi miqrantların hüquqlarının müdafiəsinin gücləndirilməsi, qaçqın və sığınacaq axtaranların inteqrasiyası sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunması məqsədilə son illərdə əhəmiyyətli addımlar atılıb. Eləcə də BMT və onun Qaçqınlar üzrə Ali Komissarlığı, Avropa İttifaqı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı, ATƏT, Müstəqil Dövlətlər Birliyi (MDB) kimi təşkilatlarla əməkdaşlıq inkişaf etdirilir.
Ötən illər ərzində miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası bir sıra ölkələrlə sazişlər imzalayıb. İkitərəfli münasibətlər əsasında Türkiyə, Fransa, Monteneqro, Almaniya, İsveç, İsveçrə, Belçika, Lüksemburq, Niderland, Latviya, Estoniya, Rusiya, Qazaxıstan, Belarus, Moldova, Gürcüstan, Pakistan və digər ölkələrlə miqrantların sosial müdafiəsi sahəsində əməkdaşlıq əlaqələri genişləndirilərək birgə layihələr həyata keçirilir, onların qanuni miqrasiya, onun effektiv idarə olunması, readmissiya, könüllü qayıdış, eyni zamanda miqrasiya sahəsində qabaqcıl və innovativ xarakterli təcrübələri öyrənilir.
Əlbəttə, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada enerji-nəqliyyat sahələrində beynəlxalq və regional layihələrin həyata keçirilməsi, ictimai-siyasi və iqtisadi sabitlik, biznes sahəsində əlverişli şəraitin yaradılması, yüksək templi iqtisadi inkişaf əcnəbilərin ölkəmizə axınına səbəb olan əsas amillərdir. Həmçinin ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması miqrasiya proseslərinə təsir edən amil kimi qeyd edilməlidir.
Möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, Azərbaycan uğurlu miqrasiya idarəçiliyi modeli yaradıb. Bu faktı beynəlxalq təşkilatların, bir sıra ölkələrin müvafiq strukturlarının nümayəndələri də dəfələrlə qeyd ediblər.
Nurəngiz ADİLQIZI.

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb