Politoloq: "Gürcüstanı da Ukraynanın taleyi gözləyə bilər"
"Avropanın və ümumilikdə Qərbin bütün təzyiqlərinə baxmayaraq Gürcüstan öz dövlət maraqlarından geri çəkilmədi. Qərb tərəfindən uzun illər ərzində formalaşdırılan ictimai sektor və hazırda əsas müxalifət qismində iştirak edən qüvvələr də faktiki olaraq Qərbdən gələn sifarişləri icra edə bilmədilər".
Bunu Lider-media.az-a verdiyi açıqlaqmada politoloq Yusif Bağırzadə deyib.
Onun sözlərinə görə, burada söhbət indiki Gürcüstan hakimiyyətinin Rusiyayönümlü olmasından da getmir:
"Məlumdur ki, Gürcüstanın Saakaşvilidən sonrakı hakimiyyəti də bir sıra prinsipial məsələlərdə Rusiyadan uzaq dayanan siyasət həyata keçirir. Məsələn, faktiki olaraq Rusiyanın rəhbərliyi ilə fəaliyyət göstərən KTMT, Avrasiaya İqtisadi İttifaqı kimi qurumlarda təmsil olunmur. Hətta MDB-nin belə üzvü deyil. Rusiyanın Gürcüstan ərazilərinin işğalındakı roluna görə bu ölkə ilə hər hansı bir formatda müzakirələrə belə qatılmır. İkinci bir tərəfdən Gürcstandakı son seçkilərdə, yəni Avropanın müdaxilələrinə və hakim partiya əleyhinə fəaliyyətinin pik hddə çatdığı zamanda belə “Gürcü Arzusu”nun əsas şüarı yenə də Avropaya inteqrasiya olaraq qalmaqda davam etdi. Başqa sözlə desək Gürcüstanın Qərblə problemi yoxdur. Problem Qərbin maraqlarındadır.
Gürcüstan hakimiyyəti Qərbin Gürcüstanı özündən asılı vəziyyətə salma cəhdlərinə, Gürcüstanda Rusiya əlehyinə daha bir cəbhə açılmasına etiraz edir və bunda da haqlıdır. Çünki Qərbin istəklərinə boyun əyib Rusiyaya savaş açma halında Gürcüstanı da Ukraynanın taleyi gözləyə bilər. Əslində Gürcüstanda çoxluğun indiki hakimiyyəti dəstəkləməsinin də əsas səbəbi məhz elə bu amillə bağlıdır.
Prosseslərin gedişi onu göstərir ki, Avropa İttifaqı və ümumilkdə Qərb də Gürcüstanda həyata keçirmək istədiklərindən asınlıqla imtina etmək fikrində deyil. Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bu günlərdə verdiyi açıqlamada Gürcüstanda xalqın azadlığına dəstək məqsədilə 120 milyon avro ayırılacağını bildirdi. Yəni, başqa sözlə Qərb maliyyə hesabına Gürcüstanda vəziyyəti gərginləşdirməkdə maraqlıdır. Konkret Prezident seçkilərinə gəldikdə isə Gürcüstan Konstitusiyasına görə yeni seçkilərin artıq vaxtı çatıb.
Məlumdur ki, 2017-ci ildə qəbul edilən və prezidentin səlahiyyətlərini azaldan Konstitusiyaya əsasən, bundan əvvəlki seçkilər sonuncu birbaşa prezident seçkiləri kimi tarixə düşəcək. İndiki seçkilərdə Prezidenti parlamentin yarısından və eyni sayda regional nümayəndədən ibarət Seçicilər Kollegiyasının 300 üzvü seçəcək. Bu da hakim komandanın namizədin Prezident olacağı anlamına gəlir. Təbii ki, bundan sonra Qərbin təsir imkanları da xeyli dərəcədə azalacaq".