lider-media.az

San-Tome və Prinsipi Demokratik Respublikası ilə iqtisadi əlaqələrin inkişafı müzakirə edilib

Baxış: 229 Tarix: 12-11-2024, 09:55

Lider-Media.az xəbər veir ki,İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində San-Tome və Prinsipi Demokratik Respublikasının rəsmiləri ilə görüşüb.İqtisadiyyat naziri Mikayıl Cabbarov San-Tome və Prinsipi Demokratik Respublikasının ətraf mühit naziri Nilda da Mata və planlaşdırma, maliyyə və mavi iqtisadiyyat naziri Qinesio da Mata ilə görüşüb.Görüşdə ikitərəfli iqtisadi münasibətlərin inkişafı barədə müzakirələr aparılıb, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsinin və dayanıqlı biznes strategiyalarının formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.Tərəflər ölkələrimizin iqtisadi əlaqələrinin təşviqi üçün mövcud imkanları nəzərdən keçirib, kənd təsərrüfatı, sənaye və bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Birgə fəaliyyətin prioritetləri üzrə bir sıra təkliflər irəli sürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi