Bu gün hər bir dövlət üçün həm milli, həm də ümumbəşəri məsələ olan tolerantlıq Azərbaycanda da mühüm əhəmiyyət kəsb edir. Tarixən dinlərin və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan ərazisində məskunlaşan dini-etnik qruplar burada özlərini heç zaman yad hiss etməyib. Onlar yerli əhali ilə qaynayıb-qarışaraq çox rahat yaşayırlar. Dini dözümlülüyün, tolerant mühitin formalaşdığı ölkəmizdə dövlət-din siyasəti daha da möhkəmlənib. Vətəndaşların vicdan azadlığı hüququ birbaşa Konstitusiyada "Dini etiqad azadlığı haqqında" qanunla təsbit edilib.
Vətən müharibəsi dövründə Ermənistan dəfələrlə xristian təəssübkeşliyindən istifadə edib dəstək qazanmağa, din amilindən yararlanaraq Azərbaycanın haqq işinə kölgə salmağa çalışdı. Bu işə ermənilərin siyasi dairələri ilə yanaşı, din xadimləri də fəal qoşulmuşdu. Ermənilər mütəmadi olaraq müxtəlif dini mərkəzlərə və onların rəhbərlərinə Azərbaycan haqqında böhtan xarakterli məktublar ünvanlayırdılar. Ancaq o müraciətlərin heç birinə reaksiya verilmədi. Çünki müraciətlərin ünvanlandığı liderlər və dini mərkəzlər ölkəmizdəki proseslərdən, Azərbaycan Prezidentinin, hökumətinin və xalqının dinlərə, dini abidələrə münasibətindən xəbərdar idilər. Ermənistanın əlləri hər yerdən üzüləndə bu dəfə bütün dünyanı yeni süni problemə kökləməyə cəhd etməyə - Qarabağdakı xristian abidələrinin guya təhlükədə olması ilə bağlı təxribat xarakterli məlumatlar yaymağa başladı. Lakin bu da səmərəsiz oldu, Azərbaycanın beynəlxalq səviyyədə tolerantlığa böyük dəstəyi bu cür mənasız manipulyasiyaların da qarşısını uğurla aldı. Hətta Roma Papası Fransisk 2016-cı ildə Bakıda olanda bəyan etmişdi ki, Azərbaycan müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlığın hökm sürdüyü məkandır. Bu fikir özlüyündə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası prosesdəki rolunu təsdiqləyən, onu nümunə göstərən əhəmiyyətli bəyanat idi. Azərbaycan nəcib missiyasını davam etdirir. Heydər Əliyev Fondunun Müqəddəs Pavel Bazilikasının bərpasında iştirakı deməyə əsas verir ki, Azərbaycan mədəni-dini müxtəliflik siyasətinə sadiqdir və bu ənənələr keçmişdə olduğu kimi, bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən və Vatikanın ən böyük abidələrindən olan Müqəddəs Pavel Bazilikasının bərpası ilə bağlı Heydər Əliyev Fondu ilə Vatikan şəhəri dövləti üzrə qubernatorluğu arasında imzalanan müqavilə Azərbaycanın xristian dünyasına töhfəsi olmaqla, dünyadakı müxtəlif dini təşkilatlarla əlaqələri daha da gücləndirməyə xidmət edən mühüm hadisədir.
Azərbaycanın dini-mənəvi bütövlüyünün qorunması sahəsində tarix boyu qazandığı təcrübə, formalaşmış dövlət siyasəti və beynəlxalq səviyyədə atılan addımlar bəşəriyyətin gələcəyinin sülh və birgəyaşayışdan keçdiyini təsdiqləyir. Bu baxımdan ölkəmizdə yaşayan bütün azsaylı xalqlar Azərbaycanı özlərinin vətəni bilir, onun uğrunda mübarizənin önündə gedirlər. Vətən müharibəsində bunun şahidi olduq. Ümumiyyətlə, istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində də ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri torpaqlarımızın azad edilməsi uğrunda döyüşdü, qəhrəmanlıq nümunələri göstərdi, şəhidlik zirvəsinə yüksəldi. Bu amili dövlətimizin başçısı çıxışlarında hər zaman xüsusi vurğulayır.
Bu gün bütün dünya etiraf edir ki, Azərbaycan müxtəlif dini etiqad və etnik mənsubiyyətə malik insanların harmoniya və sülh şəraitində bir ailə kimi yaşadığı çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Qeyd edək ki, Bakı son illərdə çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Beynəlxalq Humanitar forumlar, Mədəniyyətlərarası Dialoq forumları, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, dünya dini liderlərinin sammitləri Azərbaycanın multikulturalizmə və tolerantlığa həm də bəşəri hadisə kimi yanaşdığını göstərir. Beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad məhz Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının təzahürüdür. Eyni zamanda bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Ölkəmizdə beynəlxalq tədbirlərin təşkili multikulturalizm siyasətimizi bir daha dünya ictimaiyyətinə təqdim edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi də əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın göstəricisidir. Prezident İlham Əliyev qeyd edib ki, COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsi ilə bağlı verilən bu qərar bütün dünya ölkələri tərəfindən qəbul edilib və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilib: "Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı". Prezident İlham Əliyev artıq elə bir geosiyasi reallıqlar yaradıb ki, indi Azərbaycanın nəinki qlobal arenaya çıxış imkanı təmin edilib, üstəlik, özü belə platformanın təşkilatçısıdır. COP29-un miqyasını nəzərə alsaq, bu, Azərbaycan üçün böyük fürsətdir. Bakıya gələcək on minlərlə insan Azərbaycanda olacaq və bu insanlar ölkəmiz barədə reallıqları birbaşa öyrənəcək. Bu isə bizə qərəzli olan təbliğat maşınının iflası deməkdir. İştirak edənlər həm də bu dəyərlərin ölkəmizdə necə qorunduğuna şahidlik edəcəklər. Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi hədəf kimi müəyyən etmiş dövlətdir.
Dünyada geosiyasi vəziyyət gərginləşdikcə, insanların, eləcə də dövlətlərin, dinlər və millətlər arasında tolerant və multikultural dəyərlərin inkişaf etdirilməsinə və qorunmasına ehtiyac daha da artır. Çünki bütün bu münaqişə və müharibələrin kökündə qarşılıqlı anlaşılmazlıqlar və bir-birilərinə qarşı dözümsüzlük durur. Bunun qarşısının alınmasının yeganə yolu isə dünyada birgəyaşayışın mükəmməl forması olan, dini və milli dözümlülüyü özündə ehtiva edən multikulturalizmi və tolerantlığı təbliğat və təşviq yolu ilə inkişaf etdirməkdir. Bu gün Azərbaycanda milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasət həyata keçirilir. Bu ideya dövlətin xarici siyasət kursunda da kifayət qədər özünü əks etdirir. Bakının ev sahibliyi edəcəyi COP29 kimi mötəbər tədbirdə iştirak edənlər həm də bu dəyərlərin ölkəmizdə necə qorunduğuna şahidlik edəcəklər.
Nurəngiz ADİLQIZI.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
31 Mart soyqırımı - XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib Prezident İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib YENİLƏNİB
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?