lider-media.az

Qeyri-yaşayış binalarının təsərrüfat subyektinin rəhbəri və mülkiyyətçilərinə çağırış edilib

Baxış: 306 Tarix: 22-01-2024, 10:37

Energetika Nazirliyi illik enerji istehlakı 1 000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində, həmçinin tikinti sahəsi ən azı 10 000 kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında təsərrüfat subyektinin rəhbəri və qeyri-yaşayış binalarının mülkiyyətçilərinə çağırış edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, enerjinin səmərəli istifadəsinə cavabdeh şəxs olan enerji idarəçisinin təyin edilməməsinə görə fiziki şəxslərə 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslərə 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslərə isə 2500 manatdan 3000 manatadək məbləğdə cərimə tətbiq edilir.

Enerji idarəçisinin təyin edilməsi Attestasiya Komissiyası tərəfindən həyata keçirilir. Komissiya təsərrüfat subyektinin rəhbəri və ya qeyri-yaşayış binasının mülkiyyətçisi tərəfindən 5 nəfərdən ibarət olmaqla yaradılır. Komissiyanın üzvlərindən biri Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndəsi olmalıdır.

Enerji idarəçisinin təyin edilməsi məqsədilə Attestasiya Komissiyasına nümayəndənin təqdim edilməsi üçün müraciətlər Energetika Nazirliyinin (012) 598-16-53/54/55 telefon nömrələri, həmçinin www.minenergy.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi