Azərbaycanın bugünkü yüksəlişə və inkişafa nail olması Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Dəyişən qlobal və regional reallıqlar şəraitində bütün sahələr üzrə sistemli genişmiqyaslı islahatların həyata keçirilməsi Azərbaycanı sürətlə inkişaf edən dövlətə çevirdi. Böyük uğurlar qazanan ölkəmiz iqtisadi, siyasi, hərbi qüdrətini, nüfuzunu daim artıraraq, yeni reallıqlar fonunda daha möhtəşəm gələcəyə doğru addımlayır. 44 günlük Vətən müharibəsində Zəfər çalan Azərbaycan 30 ilə yaxın işğal altında qalmış ərazilərini azad etdi. Bu Zəfər əməkdaşlığa, sülhə, əmin-amanlığa, bölgədə dayanıqlı inkişafa yeni yollar açdı.
Prezident İlham Əliyev 2021-ci il fevralın 2-də "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunub ki, 2020-ci ildə ölkəmizin işğal altındakı torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfərdən sonra Azərbaycan keyfiyyətcə yeni strateji mərhələyə daxil olur. Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.
Prezident İlham Əliyevin 7 iyun 2021-ci il tarixli Sərəncamı ilə ölkəmizin coğrafi ərazisində əvvəl mövcud olmuş 10 iqtisadi rayon əvəzinə işğaldan azad edilmiş rayonların əraziləri də nəzərə alınmaqla 14 iqtisadi rayonun yaradılması Vətən müharibəsindən sonra ölkədə yaranmış yeni reallığın obyektiv ifadəsidir. Yeni ərazi-inzibati bölgü əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması Vətən müharibəsində qazanılmış tarixi Zəfərin meydana çıxardığı gerçəklikdir. Odur ki, itirilmiş coğrafi ərazilərin bərpa edilməsi, vətən torpaqlarının geri qaytarılması öz növbəsində ölkəmizin ərazi-inzibati bölgüsünün iqtisadi rayonlar üzrə müəyyən edilməsi məsələsinə yenidən baxılması zərurətini meydana çıxarmışdı. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq sürətlə həyata keçirilir, nəhəng infrastruktur layihələri gerçəkləşdirilir. Bu prosesin tərkib hissəsi kimi reallaşmaqda olan və həyata keçirilməsi nəzərdə tutulan layihələrin konkret ərazilərin təbii ehtiyatları, iqlim şəraiti, coğrafi relyefi nəzərə alınmaqla həyata keçirilməsi vacib şərtlərdən biridir.
Azərbaycanın öz inkişafını sürətlə davam etdirməsi, nəzərdə tutulan Dövlət proqramlarının və infrastruktur layihələrinin inamla və qətiyyətlə həyata keçirilməsi çox böyük uğurdur. Burada paytaxtla yanaşı, bütün bölgələrimizin, hətta ən ucqar kəndlərimizin belə simasını təmamilə dəyişən, yerlərdə müasir infrastrukturun yaradılmasına, turizm kimi çox sərfəli və mühüm sahənin tərəqqisinə güclü təkan verən I, II və III, həmçinin davam edən IV regional inkişaf Dövlət proqramlarının rolu xüsusi vurğulanmalıdır. Məhz bu proqramların icrası Azərbaycanın hərtərəfli inkişafını, bölgələrimizdə minlərlə sənaye və emal müəssisələrinin, təhsil və səhiyyə ocaqlarının, digər sosial obyektlərin, müasir Olimpiya idman komplekslərinin açılmasını, işsizlik probleminin çox qısa müddətdə aradan qaldırılmasını təmin edib.
Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafının, malik olduğu potensialdan səmərəli istifadənin təmin edilməsi üçün zəruri addımlar atılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sahəsinin inkişafıdır. Bu baxımdan, yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin tətbiqi - sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması xüsusi önəm kəsb edir. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm amilə çevrilir.
Erməni vandalları, təcavüzkarları tərəfindən dağıdılmış, viran qoyulmuş ərazilərimiz bu gün yenidən qurulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ərazilərə səfərləri və yeni məkanların təməlinin qoyulması, açılışların edilməsi, görülən işlərlə tanışlıq və tapşırıqların verilməsi işıqlı gələcəkdən soraq verir.
Dövlət başçısı İlham Əliyev bu il sentyabrın 19-da Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılış mərasimlərində iştirak edib. Xatırladaq ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam Sənaye Parkı dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılıb. 190 hektar ərazidə yerləşən parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Ümumiyyətlə, bölgənin coğrafi mövqeyi, insan resursları və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirəcək. Sənaye parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların təşkili müəyyənləşdirilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl və Zəngilan rayonlarına səfərlərində də bir sıra müəssisələrin açılışında iştirak ediblər. Ölkə başçısının iştirakı ilə Cəbrayılda "KamAZ" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, "Cəbrayıl" yarımstansiyasının, ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin, orta məktəbin və bir sıra müəssisələrin təməlləri qoyulub. Eyni zamanda qardaş ölkə Türkiyə də yenidənqurmada iştirak edir. Belə ki, 2022-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlqoyma mərasimi olub. Ötən ildə isə Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyulub. Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı çərçivəsində yenidən qurulan şəhər ilk sakinlərini qarşılayıb. Belə ki, bu il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç başlayıb. Artıq 133 ailə, ümumilikdə isə 433 nəfər doğma yurdlarına qayıdıb. Oktyabrın 4-də, Cəbrayıl Şəhəri Günündə Prezident İlham Əliyev burada inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib və əhaliyə evlərin açarlarını təqdim edib. Şəhərə qayıdan ilk sakinlər artıq yenidənqurma prosesinin nəticələrini görür, doğma yurdlarına dönüşün sevincini yaşayırlar.
Bu gün görülən bütün işlər deməyə əsas verir ki, 30 illik münaqişəyə son qoyan, Qarabağda separatizmin kökünü kəsən, müstəqilliyini, suverenliyini tam təmin edən, Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirən Azərbaycan bütün hədəflərinə doğru inamla irəliləyir. İrəlidə olmaq isə həmişə zəfərlə nəticələnir. Qürurverici haldır ki, siyasət, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə görülən işlər Azərbaycanın beynəlxalq arenada mövqelərini daha da gücləndirir. Bu sahələr üzrə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən əsas dövlətlərdən biri məhz Azərbaycandır. Son illər ölkəmizdə iqtisadiyyatın modernləşdirilməsində şaxələndirmə mühüm yer tutur və bu, iqtisadiyyatımızın hər hansı bir amildən asılılığını aradan qaldırıb. Çünki Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir.
Nurəngiz ADİLQIZI.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev Fərman imzaladı
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
“Aqrar Tədarük və Təchizat” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?
Roma Papası XIV Leodan
Aqrar Subsidiya Şurası dövlət dəstəyi mexanizmləri ilə bağlı yeni qərarlar qəbul edib
XƏBƏRDARLIQ
Səhiyyə Nazirliyi “Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatını keçirib
Azərbaycanda qarğıdalı bitkisinin əkin sahələrinin sığortası başlanıb
Bölgələrdə toxumluq taxıl sahələrində aprobasiyanın aparılmasına dair təlimlər keçirilir
Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kurslarının təşkilinə başlanıb
Dövlət sərhədini pozmağa cəhd göstərən 6 xarici ölkə vətəndaşı saxlanıldı
İyunun 4-də gözlənilən hava şəraiti
Kamilə Əliyeva: "Enerji siyasətində əldə edilən uğurlar Azərbaycanı yeni inkişaf mərhələsinə daşıyır"
Агамали Мамедов: "Горизонталь"
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli yol kimi artıq istifadədədir
Bu il əlilliyi olan 800-dək şəxsə evlərində reabilitasiya xidmətləri göstərilib
Sabah Zəngilanda növbəti əmək yarmarkası olacaq
Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının gündəliyi
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dövlət qulluqçuları üçün təlimlər keçirilib

Sabah bəzi yerlərdə arabir duman olacaq
Günəş püskürmələrinin dərin mənbəyi aşkarlandı
Təbii və faydalı qida sağlamlığın əsasıdır
40 yaşdan sonra arıqlamağı beyin necə qəbul edir?
Məşhurlar haqqında bilinməyənlər
Limon bir çox problemlərə yol aça bilər