Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində səmimi olmadığını göstərən bir sıra faktlar var. Hazırda həmin ölkə ilə Azərbaycan arasında de-fakto sülh mövcuddur. Belə ki, şərti sərhəddə atışmalar yoxdur, hərbi toqquşmalar baş vermir. Baxmayaraq ki, üçüncü tərəflər şərti sərhədin Ermənistan hissəsində kəşfiyyat missiyaları yerləşdirərək təxribat-pozuculuq fəaliyyətini təşviq edirlər. Həmçinin Fransa, Hindistan kimi ölkələr Ermənistanı silahlandırmağa davam edir. Azərbaycan isə bu proseslərə soyuqqanlı yanaşır və hər hansı təxribata getmir. Bu, Azərbaycanın regionda uzunmüddətli sabitlik və sülh istəyinin göstəricisidir.
Sülh müqaviləsinin imzalanmasının ən əsas şərti Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü sözdə deyil, əməldə tanımasıdır. Bunun üçün düşmən ölkə, ilk növbədə, öz konstitusiyasına və digər hüquqi-siyasi sənədlərinə düzəliş etməlidir. Hayastan konstitusiyası açıq şəkildə "Ermənistan və Dağlıq Qarabağın birləşdirilməsi" çağırışını ehtiva edir və bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların hələ də mövcud olduğunu göstərir. Əgər rəsmi İrəvan səmimi şəkildə sülh müqaviləsi imzalamaq istəyirsə, bu cür maddələri öz qanunvericiliyindən çıxarmalıdır. Əks təqdirdə, Ermənistanın konstitusiya məhkəməsi sülh müqaviləsini qeyri-qanuni adlandıraraq onun təsdiq edilməsindən istənilən vaxt imtina edə bilər. Həmçinin Paşinyandan sonra hakimiyyətə gələcək hər hansı bir siyasi qüvvə ölkə konstitusiyasına istinad edərək bu müqavilədən rahat şəkildə vaz keçə bilər. Bunun əksinə olaraq, Azərbaycanın Konstitusiyasında qonşu ölkəyə qarşı hər hansı ərazi iddiası yoxdur və bu da Azərbaycanın hüquqi mövqeyinin daha sabit və sülhpərvər olduğunu göstərir.
Ermənistanın təcavüzü nəticəsində Azərbaycan 30 il ərzində işğala məruz qalmış, bu dövrdə xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir. Minlərlə azərbaycanlı itkin düşmüş, çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törədilmişdir. Xüsusilə itkin düşmüş 4 minə yaxın azərbaycanlı Ermənistan tərəfindən kütləvi məzarlıqlarda basdırılmışdır. Buna baxmayaraq, Ermənistan bu məzarlıqların yerini açıqlamaqdan imtina edir. Eyni zamanda işğal dövründə azərbaycanlı mülki vətəndaşlar mina terrorunun qurbanı olmuş, Vətən müharibəsindən sonra 374 nəfər mina partlayışında həyatını itirmişdir. Ermənistan isə mina xəritələrini və kütləvi məzarlıqların yerini təqdim etməməklə sülh niyyətinin olmadığını nümayiş etdirir. Bu davranış müharibənin real nəticələrinin hələ də davam etdiyini və Ermənistanın məsuliyyətdən qaçmaq istədiyini göstərir.
Ermənistan Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə və 1 milyondan çox insanı qaçqın və məcburi köçkün vəziyyətində saxlamasına baxmayaraq, üzr istəmək və kompensasiya ödəmək yerinə ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialar qaldırmaz və törətdiyi cinayətlərə görə üzr istəyərdi. Əsl sülhə nail olmaq istəyən dövlət kimi bağışlanma yolu ilə əlaqələri normallaşdırmağa çalışardı.
Ermənistan münaqişənin bitdiyini iddia etsə də, onun həllində uğursuzluğa düçar olmuş Minsk qrupunun fəaliyyətini yenidən dirçəltmək üçün ciddi səylər göstərir. Minsk qrupu BMT-nin ona verdiyi mandatı yerinə yetirə bilmədi və nəticədə Azərbaycan öz gücü ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Əgər Ermənistan səmimi şəkildə sülh istəyirsə, heç nəyə yaramayan Minsk qrupunun yenidən işə salınması üçün bu qədər cəhd göstərməz. ATƏT, Avropa Şurası və Frankafoniya Təşkilatı kimi beynəlxalq platformalardan istifadə edərək qonşusuna qarşı aqressiv böhtan və təxribat xarakterli ritorikalar aparmazdı. Ermənistan bu platformalarda Azərbaycana qarşı mənfi təbliğatı davam etdirir ki, bu da onun sülh niyyətlərinin səmimiliyinə şübhə yaradır.
Bütün bu faktlar rəsmi İrəvanın sülh prosesində səmimi olmadığını və hərəkətlərinin müharibənin nəticələrini aradan qaldırmağa yönəlmədiyini sübut edir. Ermənistan süni maneələr yaratmağı dayandırmalı və konstruktiv addımlar atmalıdır. Ölkənin tək yolu qonşularla, xüsusilə Azərbaycanla münasibətlərdən asılıdır.
Pərvanə VƏLİYEVA,
Milli Məclisin deputatı.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib Prezident İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib YENİLƏNİB
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb