Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimində Türkiyənin "Haber Global" televiziyasının aparıcısı Saynur Tezen belə bir sual səsləndirmişdi: "2023-cü ilin sentyabrında antiterror əməliyyatı keçirildi və bununla da Qarabağın erməni işğalına son qoyuldu... Sülh sazişi hələ də imzalanmayıb... Sizcə, sülh sazişi nə zaman imzalanacaq?". Prezident İlham Əliyev sualı cavablandırarkən bir qədər əvvələ, yəni İkinci Qarabağ müharibəsinin sonuna qayıdıb baş verən prosesləri qısaca şərh edərək: "Yəni praktiki baxımdan mahiyyət etibarilə real danışıqlar altı aydır - dekabr ayından başlayaraq gedir və o, xarici işlər nazirləri səviyyəsində həyata keçirilir... bir sıra məsələlərdə çox ciddi ziddiyyət var..." - deyib, bu prosesi ləngidən bəzi məsələlər barədə ətraflı danışıb.
Vətən müharibəsindəki qələbəsinə, qalib tərəf olmasına baxmayaraq, Azərbaycan kapitulyasiya aktı imzalayan Ermənistana sülh əlini uzatdı. Tarixin köhnə səhifələrini bağlayaraq iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün 5 maddəlik paket təklif etdi. Bir müddət təklifə qarşı susqunluq nümayiş etdirən Ermənistan, nəhayət, öz "təkliflərini" irəli sürmək şərtilə həmin sülh paketini qəbul etdiklərini bildirdilər.
Azərbaycanın sülh təklifində iki ölkə arasında yaşanan bütün mübahisəli məsələlərin həll edilməsi üçün baza prinsipi yer alıb və təkliflərin hər biri beynəlxalq hüquqa uyğundur. Rəsmi Bakı dəfələrlə bəyan edir ki, Ermənistanla bütün problemləri masada həll etməyə hazırdır və sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Ermənistan isə Azərbaycanın bu sülhpərvər mövqeyini lazımınca qiymətləndirmədi və ikili oyunlarını davam etdir. Rəsmi İrəvan Azərbaycanın sülh müqaviləsilə bağlı təklifləri fonunda ATƏT-in keçmiş Minsk qrupunu "diriltmək", onun sülh prosesində iştirakını təmin etmək üçün çalışır.
İkinci Qarabağ müharibəsinin yaratdığı reallıqlar isə göstərdi ki, keçmiş Minsk qrupunun Ermənistanla Azərbaycan arasında davam edən sülh danışıqları prosesində heç bir rolu ola bilməz, çünki bu qurum keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün yaradılmışdı. Lakin ötən 30 ilə yaxın müddətdə adıçəkilən qrup münaqişənin həll edilməsi üçün səy göstərmədi və bölgəyə yalnız səfərlər etməklə yadda qaldı. Xatırladaq ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün maneə yaradan məsələlərdən biri, məhz ATƏT-in keçmiş Minsk qrupunun ləğv edilməsilə bağlıdır. Bununla bağlı dövlət başçısı Forumda deyib: "... Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir ki, bu qrup fəaliyyətsizdir...".
Qalib tərəf olan Azərbaycan sülhyaratma prosesini sürətləndirmək və bu prosesə real töhfələr vermək niyyətindədir. Ölkəmizin mövqeyi səmimi, qərəzsiz, manipulyasiyalardan tamam uzaqdır. Bütün dünya gördü ki, postmüharibə dövründə ilk olaraq sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi, sərhəd komissiyalarının yaradılması kimi təkliflərlə məhz Azərbaycan çıxış edib.
Müharibə başa çatdıqdan sonra ötən dövrdə Ermənistanın baş naziri vasitəçilərin iştirakı ilə keçirilən görüşlərdə əvvəllər Azərbaycanın təqdim etdiyi beş bəndlik sənədin müddəalarını qəbul etdiyini bildirsə də, sonralar fikrindən daşındı. İşğalçı ölkənin rəsmiləri hələ də Azərbaycanın ünvanına həqiqətə uyğun olmayan böhtanlar yağdırır, onların "iddiaları, tələbləri artır". Burada kənar müdaxilələrin də təsiri az deyil, yəni prosesə qatılmaq istəyən bəzi ölkələr, beynəlxalq təşkilatlar əslində, odun üstünə yağ tökməklə məşğuldurlar. Onlar hər vəchlə çalışırlar ki, sülh prosesi dalana dirənsin. Əslində, Ermənistan hökumətinin müəyyən mərhələdə sülhə doğru real addımlar atmaq istəyini nümayiş etdirdiyi məqamda məhz niyyəti qara olan "vasitəçilər"in bu ölkəyə ötürdükləri təhrikedici siqnallardan sonra Ermənistan geriyə dönüş etdi.
Üçtərəfli Bəyanatda, Brüsseldə, Soçidə, Praqada imzalanan sənədlərdə "Dağlıq Qarabağ", "status" ifadələri işlədilməmişdi. Prezident İlham Əliyev Soçidə Rusiya Prezidentinin iştirakı ilə baş tutan görüşdə də bildirmişdi ki, artıq Qarabağ münaqişəsi tarixdə qalıb və bununla bağlı müzakirə olunası bir məsələ yoxdur. Bədnam vasitəçilər isə öz missiyalarını "ölünü diriltməkdə" görürdülər. Qərbin prosesə açıq-aşkar şəkildə müdaxiləsi, Cənubi Qafqaza yerləşmək planı Ermənistanı onların oyuncağına çevirdi. Yalan vədlər, boş xəyallar siyasətdən elə də yaxşı baş çıxarmayan Paşinyanın başını dumanlandırdı. Bir anlığa özünü yenə də Cıdır düzündə hiss etdi, yallı getdiyi əyyamları yada saldı: "Bəlkə də, qaytardılar" xülyası ilə Qərbin yaxasından ikiəlli yapışdı. ABŞ, kollektiv Qərb isə vəd üstünə vəd verir, gah silah-sursat göndərir, gah maddi yardım göstərir, gah da 4 il əvvəl döyüş meydanında dabanına tüpürüb qaçan fərarilərdən "ordu" yaratmaq istəyir. Başıpozuq siyasətçilər isə Azərbaycana qarşı "dürlü-dürlü" qərəzli fikirlər səsləndirir, erməni lobbisinin rüşvəti müqabilində bildiklərini də, bilmədiklərini də danışırlar. Bu dəfə suyu bulandıran Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Toivo Klaar oldu. Qərbi Azərbaycan İcmasının cənab Toivoya ünvanlanan Bəyanatında deyilir: "İcma Aİ-dən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci maddəsinə uyğun olaraq insanların hüquq bərabərliyi prinsipinə hörmət etməyi, Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyə son verməyi və onların qayıdış hüquqlarına hörmət etməyi tələb edir".
Sülh müqaviləsinin imzalanmasında ikinci şərt Ermənistanın Konstitusiyasında dəyişikliklər etməsidir. İşğalçı ölkə Azərbaycana qarşı torpaq iddiasından rəsmi şəkildə imtina etməlidir. Buna cəsarəti çatsa sülh sazişi imzalana bilər. Bu sazişinin imzalanması isə təkcə iki ölkəyə deyil, bütün regiona müsbət təsirini göstərəcək.


Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
İlham Əliyevin andiçmə mərasimi keçirilib
İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Ahılların sosial müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissəsidir
Bir gün biz də onların yerində olacağıq
Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə
Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
AQEM Media Forumunun iştirakçılarına
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
Xocavənd şəhər sakinləri doğma yurdlarına qovuşub
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
Oktyabrın 1-də gözlənilən hava şəraiti
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib
Ana dilimiz – milli varlığımızın və dövlətçilik ənənələrimizin səsi
Cəbrayıl rayonunun Şükürbəyli kəndi, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər