Əlamətdar haldır ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Macarıstan böyük Türk birliyinin vahid platformada birləşməsi üçün qətiyyətli siyasi iradə ortaya qoyurlar. Artıq bu siyahıya Şimali Kipr Türk Cümhuriyyəti də qoşulub. Eyni zamanda, bu ölkələrin cəmiyyətlərində də Türk dövlətlərinin birləşməsinə böyük istək var. Bu ilin əvvəllərində qardaş Türkiyəyə uğurlu səfəri çərçivəsində dövlətimizin başçısı Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata verdikləri bəyanatlarında Türk Dövlətləri Təşkilatını (TDT) vahid ailə kimi səciyyələndiriblər. Türk dövlətlərinin gələcəyi, inkişafı məhz bu birlikdə mümkündür: "Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək" deyə Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında vurğulayıb.
Hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Şuşa tarixən mədəniyyət şəhəri kimi tanınıb. Şəhərin simasında zəngin Azərbaycan mədəniyyətinin, o cümlədən də şəhərsalma mədəniyyətimizin izləri hər daşa hopub desək, yanılmarıq. Hələ keçmiş sovet dönəmində şəhərin mədəni həyatı çox qaynar idi. Burada ittifaqın hər yerindən gələn qonaqların işirakı ilə tez-tez festivallar baş tuturdu. Vaqif Poeziya Günlərinin keçirilməsi isə ənənə halını almışdı.
Mədəniyyət xalqları birləşdirən ən etibarlı körpüdür. Şuşanın tarixi-mədəni zənginliyi həm də bütün Türk mədəniyyətinin qədimliyi və zənginliyi anlamında qəbul olunur. Təəssüf doğuran haldır ki, 30 illik işğal dövründə zəbt olunmuş digər ərazilərdə olduğu kimi, Şuşanın da mədəni irsinə ciddi ziyan vurulub. Ermənilər qədim şəhərimizin xalqımıza xas olan izlərini silmək və yaxud öznünküləşdirmək məqsədilə müxtəlif vandalizm əməllərinə əl atıblar. Qalib Azərbaycan postmüharibə dövründə Şuşanın tarixi abidələrinin, mədəni həyatının ənənələrini davam etdirmək üçün ardıcıl addımlar atır. Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi abidələrə ikinci həyat verilir. Artıq Şuşada "Xarıbülbül" festivalı, Vaqif Poeziya Günləri, rəsm əsərlərinin sərgiləri və digər mədəni tədbirlər uğurla baş tutub.
2021-ci ildə qəbul edilən "Türk Dünyasına Baxış-2040" sənədi qloballaşan dünyamızda baş verən dəyişikliklərə uyğunlaşmaq üçün əsas yol xəritəsidir. Türk Dövlətləri Təşkilatı Orta Asiya, Qafqaz, Anadolu, eləcə də Avropadan dünyanın dörd yanına yayılan güclü qardaşlıq bağının ifadəsidir.
Azərbaycanın Macarıstan istisna olmaqla, digər Türk dövlətləri ilə azad ticarət sazişləri mövcuddur. Türkiyə və Macarıstan TDT arasında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya yatıran əsas ölkələr sırasındadır. İstanbulda daimi katibliyi, Budapeştdə isə Avropa Ofisi olan TDT üzv və müşahidəçiləri arasında siyasətdən iqtisadiyyata, nəqliyyatdan gömrüyə, enerjidən kənd təsərrüfatına, təhsildən gənclik və idmana, rəqəmsallaşmadan müdafiə və təhlükəsizliyə, mədəniyyətdən turizm və sağlamlığa qədər 30-dan artıq fərqli sahə üzrə çoxistiqamətli əməkdaşlıq həyata keçirir.
Türkdilli dövlətlər regionun ən zəngin enerji təminatçısı kimi də çıxış edirlər. Dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP və Qazaxıstanın qoşulduğu yeni enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyətə malikdir. "Dəmir İpək yolu" adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti isə türkdilli dövlətlərin çoxşaxəli nəqliyyat şəbəkəsinin "qan damarı" sayılır. BTQ Mərkəzi və Şərqi Avropa regionu ilə bərabər, Asiyanın inkişaf etmiş dövlətlərinin yerləşdiyi ərazini də əhatə edir və gələcəkdə Çin, Hindistan və digər dövlətlərin bu dəmir yolundan istifadə etməsi istisna olunmur. BTQ-nin Çindən başlayaraq Mərkəzi Avropaya, oradan Böyük Britaniyaya qədər uzanması onun dünya əhəmiyyətli layihə kimi iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq. Bu layihə Şərq-Qərb marşrutu sistemində ən çox rentabelli nəqliyyat dəhlizinə çevriləcək.
İkinci Qarabağ müharibəsindən sonra Türk dövlətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında yaxından iştirak edirlər. Geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər daha fəaldır. Özbəkistan və Qazaxıstan hədiyyə olaraq Füzuli şəhərində orta məktəb və yaradıcılıq mərkəzi açıblar. Bu cür dostluq və qardaşlıq nümunəsi ölkələrimiz və xalqlarımız arasındakı tarixi münasibətləri daha da dərinləşdirir. Ən əsası belə addımlar nəticə olaraq Türk dünyasının möhkəmlənməsinə xidmət edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil və hava nəqliyyatı ilə bağlı bütün əsas layihələri icra edib.
Şuşada keçirilən Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma oldu.
Təşkilatın qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi Qarabağ Zəfəri ilə ərazi bütövlüyünü təmin edən Azərbaycanın Türk Dövlətləri Təşkilatı kimi mühüm siyasi, iqtisadi, hərbi və mədəni birliyin daha da gücləndirilməsi istiqamətində göstərdiyi davamlı səylərin sübutudur. Dostluq, qardaşlıq və qarşılıqlı güvən əsasında qurulan bu əməkdaşlıq türk dövlətlərinin möhkəmlənməsinə, ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələrə sahib olan xalqlarımızın daha firavan, daha ədalətli bir dünyada yaşamasına hesablanıb.
Nurəngiz ADİLQIZI


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib YENİLƏNİB
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
İlham Əliyevin andiçmə mərasimi keçirilib
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?