lider-media.az

Baş nazir Əli Əsədov Gürcüstanda

Baxış: 177 Tarix: Сегодня, 15:40

Baş nazir Əli Əsədov Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 11-ci iclasında iştirak etmək üçün oktyabrın 29-da Gürcüstana gəlib.Oktyabrın 30-da Siqnaxidə Əli Əsədov və İrakli Kobaxidzenin həmsədrliyi ilə Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.Komissiyanın iclasında iki ölkə arasında iqtisadi, ticari, nəqliyyat, energetika, loqistika, eləcə də mədəni və humanitar sahələrə dair məsələlərin müzakirəsi nəzərdə tutulub. İclasın sonunda yekun sənəd imzalanacaq. Həmçinin, Baş nazirlərin təkbətək görüş nəzərdə tutulub. Azərbaycan Hökumətinin başçısı Tbilisidə bəzi sosial obyektlərin açılışında da iştirak edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi