Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş görüş keçirilib.
Tədbirdə AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli, Milli Məclisin deputatı Kamaləddin Qafarov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və Agentliyin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Daha sonra Ümummilli Liderin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Görüşdə çıxış edən Vüsal Nəsirli Prezident İlham Əliyevin qurultaydakı nitqinin ölkəmizin inkişaf prioritetləri və qarşıda duran strateji vəzifələr baxımından əhəmiyyətini vurğulayıb. O, Qarabağ və Şərqi Zəngəzurun bərpasında, Böyük Qayıdışın təmin edilməsində və Azərbaycanın beynəlxalq tranzit imkanlarının genişləndirilməsində yol infrastrukturunun mühüm rolundan danışıb. Yol layihələrinin keyfiyyətli icrasının, dövlət vəsaitindən səmərəli istifadənin və təhlükəsiz hərəkətin təmin edilməsinin əsas prioritetlər olduğunu qeyd edib.
Çıxış edən Kamaləddin Qafarov və Vüsar İsmayılov da dövlət başçısının nitqinin əhəmiyyətinə toxunaraq ölkənin inkişafı və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bölüşüblər. Görüşün yekununda Prezident İlham Əliyevin qurultaydakı nitqində səsləndirdiyi fikirlərin ölkəmizin gələcək inkişafı, qarşıya qoyulan vəzifələrin icrası və əldə olunan nailiyyətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.








Kənd Təsərrüfatı Nazirliyində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
“Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin NİZAMNAMƏSİ
Milli Qurtuluş Günü Azərbaycanın bugünkü reallıqlarının və gələcək hədəflərimizin başlanğıcı oldu
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir
Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər
“Bu sülh hələ kövrəkdir” - İlham Əliyev
Qusar–Həzrə–Sudur avtomobil yolunda bərpa işləri yekunlaşıb
Milli Observatoriyanın sədri BMT-nin Sosial Rifah Siyasəti və Araşdırma üzrə Avropa Mərkəzinin Baş Assambleya iclasında çıxış edib
Yanvar-sentyabr aylarında DOST mərkəzlərində 762 min vətəndaşa xidmət göstərilib
"Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Çexiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib
Vətən müharibəsinin on doqquzuncu günü: Tərtərdə sınan faşizm və cəbhədə yazılan yeni tarix
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir
15 oktyabr 2003-cü il cənab İlham Əliyevin Prezident seçildiyi gündür
Havada toz müşahidə olunur
Türkmənistan Prezidenti də Bakıda
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb
İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub
İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib
İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər