lider-media.az

İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb

Baxış: 1193 Tarix: Вчера, 09:22

İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərini məmnunluqla xatırladı.

Bu xüsusda səfər zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi kontekstində strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin daha da inkişaf etdirilməsi imkanları müzakirə olundu.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Prezident Şavkat Mirziyoyev ölkəmizin inkişafının və tərəqqisinin qardaş özbək xalqını sevindirdiyini vurğuladı.

Özbəkistan Prezidenti Azərbaycanın AQEM-ə uğurlu sədrliyi və bu təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi və bütün bunları ölkəmizin nüfuzunun göstəricisi kimi qiymətləndirdiyini dedi.

Söhbət zamanı bütün sahələrdə səmərəli əlaqələr məmnunluqla qeyd edildi, ilin əvvəlindən ticarət dövriyyəsinin artdığı vurğulandı.

Energetika, qarşılıqlı sərmayələr, tikinti, nəqliyyat-logistika, yüngül sənaye, geologiya, turizm və digər sahələrdə layihələrin uğurla həyata keçirildiyi bildirildi, mədəni və humanitar mübadilələrin əhəmiyyəti qeyd edildi.

Dövlət başçıları beynəlxalq və regional gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi apardılar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi