15 oktyabr 2003-cü il cənab İlham Əliyevin Prezident seçildiyi gündür

2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Prezidenti seçdi və bununla da ölkənin inkişafında yeni mərhələ başlandı.


Prezident İlham Əliyev iyirmi üç illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifahı daha da yaxşılaşıb.
Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir ordu yaradılıb, ölkənin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Ən əsası isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilib. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan tezliklə Qarabağı cənnətə çevirəcək və öz ata-baba yurdlarından didərgin düşən keçmiş məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə əbədi olaraq qayıdacaqlar.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalqın etimadını qazanan İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və ölkənin inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu. Dövlətimizin başçısının ali dövlət vəzifəsində fəaliyyətə başladığı ilk günlərdən nümayiş etdirdiyi idarəçilik məharəti, qətiyyətli və milli maraqlara əsaslanan daxili və xarici siyasəti sonrakı illərdə mühüm nəticələrlə müşayiət olundu. Xalqın öz Liderinə inamı və etimadı daha da möhkəmləndi. 2008-ci, 2013-cü, 2018-ci və 2024-cü illərdə keçirilən prezident seçkilərində İlham Əliyevin yenidən qələbə qazanması onun siyasi kursunun davamlılığını göstərən mühüm hadisələrdən oldu.
Ötən 23 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkənin iqtisadi imkanları genişlənib, sosial layihələr həyata keçirilib, ordu quruculuğu sahəsində mühüm nəticələr əldə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionda mühüm mövqeyə malik, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınan dövlətə çevrilib. Bu dövrün ən mühüm hadisələrindən biri isə, şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən Vətən müharibəsində qazanılmış tarixi Qələbədir.





15 oktyabr 2003-cü il seçkiləri Azərbaycanın qurtuluşdan qələbəyə doğru adladığı yolun başlanğıcı idi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağda vər Şərqi Zəngəzurda həyata keçirilən "Böyük Qayıdış" proqramı həmin tarixi seçimin nə qədər uzaqgörən və həyati olduğunu bir daha sübut edir.
Lider-Media.az