Fransanın siyasi dairələrinin, o cümlədən parlamentinin Yelisey Sarayından alınmış təlimatlar əsasında anti-Azərbaycan və islamofob fəaliyyəti davamlılığı ilə diqqətdədir. Bu dəfə həmin təlimatın icraçısı Fransada iqtidar koalisiyanın üzvü “Respublikaçılar” Partiyasıdır. Fransa mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində səsləndirilən fikirlərin Milli Assambleyada irəli sürülmüş qətnamə layihəsində öz əksini tapması cızılan ssenarinin arxasında Makron administrasiyasının dayandığını bir daha təsdiqləyir. Bir mühüm məqamı da nəzərə alaq ki, qətnamə layihəsi Fransa ilə Yeni Kaledoniya arasında əldə olunmuş razılaşmadan çox keçmədən irəli sürüldü. Təbii ki, atılan bu addım təsadüfi xarakter daşıya bilməz. Azərbaycan diplomatiyasının son zamanlar müstəmləkəçiliyə qarşı beynəlxalq platformalarda nümayiş etdirdiyi prinsipial mövqe, xüsusilə də Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən proseslərə dair mövqeyi rəsmi Parisdə ciddi narahatlıq doğurur. Bu kontekstdə, prezident Emmanuel Makronun administrasiyası məhz Azərbaycanı hədəfə alan qətnamə layihəsi ilə çıxış etməklə ölkəmizə qarşı qərəzli mövqeyini açıq-aşkar nümayiş etdirir. Bu sənəd bir daha göstərir ki, Fransada bəzi dairələr Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin təmin edilməsində maraqlı olmadıqları üçün qərəzli yanaşmalarını davam etdirirlər. Qərəzli qətnamənin müəllifləri də daim erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, anti-Azərbaycan mövqeləri ilə tanınan şəxslərdir.
Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra Fransanın ölkəmizə qarşı bu günədək yürütdüyü qərəzli siyasətin açıq müstəviyə keçdiyi diqqətdən kənarda qalmır və bu, qəbul edilən qeyri-ciddi, Azərbaycan üçün adi kağız parçasından başqa bir şey olmayan qətnamə layihələrində də özünün aydın ifadəsini tapır. Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının irəlilədiyi bir mərhələdə, xüsusilə Əbu-Dabi görüşündən dərhal sonra belə bir qətnamə layihəsinin gündəmə gətirilməsi Fransanın sülh prosesindən narahat olduğunu, danışıqlar prosesindən kənarda qalmasını həzm edə bilmədiyini bir daha təsdiqləyir. Fransa Milli Assambleyasında irəli sürülən bu kimi qətnamələr beynəlxalq hüquqa zidd olmaqla yanaşı, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlikdir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. Millət vəkili qeyd edib ki, qətnamə layihəsində Ermənistanın “sülhsevər tərəf” kimi göstərilməsi əslində təəccüb doğurmur. 30 illik işğal dövründə də eyni yanaşma nümayiş etdirən bəzi dünya dövlətləri, o cümlədən Fransa bununla ikili standartlara əsaslanan siyasətini bir daha nümayiş etdirir. Azərbaycanın 28 il dünyadan ədalət gözləməsi sülh siyasətinin təsdiqi idi. Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan ölkəmiz artıq tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsinin sülh danışıqları əsasında həllinə səy göstərdi. Ermənistanın havadarlarının dəstəyinə arxalanaraq danışıqlar prosesinə sadəcə imitasiya xatirinə qatılması keçmiş münaqişənin həlli prosesinin 30 ilə yaxın uzanmasına gətirib çıxardı. 44 günlük İkinci Qarabağ müharibəsi, bir sutkadan az davam edən lokal antiterror tədbirləri ədalətin, beynəlxalq hüququn kimin tərəfində olmasının, Azərbaycanın real imkanlarının təqdimatı oldu. 44 gündə 30 ilin ədalətsizliyinə son qoymaq, tarixi ədaləti bərpa etmək Ermənistana və ona dəstək verənlərə dərs oldu. Bu gün Fransa kimi demokratik dəyərləri, ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədən dövlətlər reallığı inkar etməyə çalışsalar da sülh gündəliyinin müəllifi Azərbaycandır. Tarixi Zəfərimizdən dərhal sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq hüququn beş əsas prinsipini özündə ehtiva edən sülh təklifini irəli sürən tərəf də Azərbaycandır. Ötən bu illər ərzində ölkəmizin sülh müqaviləsinin imzalanması istiqamətində üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirdiyi göz qabağındadır.
Vüqar Rəhimzadə vurğulayıb ki, qətnamə layihəsində Azərbaycan xalqına qarşı törədilən cinayətlərə göz yumulur. Halbuki, bu gün işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliyinin dünyaya təqdimatıdır. Bu torpaqlarda olan xarici qonaqlar törədilən vəhşilikləri gözləri ilə görürlər. Özlərinə saxta tarix yazan ermənilərin dəstəkçiləri unudurlar ki, tarixi həqiqətləri ört-basdır etmək qeyri-mümkündür. XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı erməni vəhşiliyinin əyani göstəricisidir. Qondarma qətnamə layihəsində Qərbi Azərbaycandan qovulan soydaşlarımızın geri qayıdış hüququ haqqında heç bir kəlmə qeyd edilmir. Amma bu kimi yanaşmalar Azərbaycan tərəfini narahat etmir. Çünki tarixi ədalətə söykənən təbliğat sonda qalib olur. Tarixi Zəfərimizin, suverenliyimizin bərpasının reallıqları fonunda Qarabağa və Şərqi Zəngəzura qayıdışımızın davamı olaraq artıq Qərbi Azərbaycana qayıdış günümüzün əsas çağırışıdır. Buna əsas verən tarixi ədalətdir.
Milli Məclisin deputatı onu da əlavə edib ki, Fransa bir tərəfdən Azərbaycanın ünvanına “demokratiya”, “insan haqları” kimi anlayışlardan sui-istifadə edir, digər tərəfdən isə öz daxilində Yeni Kaledoniya, Polineziya, Qvadelupa və digər müstəmləkə ərazilərində yerli xalqların azadlıq çağırışlarını amansızcasına boğur. Bu, Fransa dövlətinin neokolonial siyasətinin göstəricisidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Prezident İlham Əliyev suverenliyimizin bərpasından sonra yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən bu çağırışı etdi ki, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Xankəndi şəhərində keçirilən III Şuşa Qlobal Media Forumundakı çıxışında da bu məsələyə xüsusi diqqət yönəltdi. Tədbir iştirakçısının Yeni Kaledoniya və Fransa arasında iyulun 12-də imzalanmış yeni razılaşmanı, eləcə də ədalət və azadlığa can atan dənizaşırı ərazilərdə hələ də davam edən kolonializmə qarşı mübarizəni nəzərə alaraq Azərbaycanın münasibəti ilə bağlı sualına cavabında Prezident İlham Əliyev vurğuladı ki, Fransa ilə Yeni Kaledoniya arasında baş vermiş hadisə tarixi presedentdir. Bu, hekayətin sonu deyil, başlanğıcıdır. Neokolonizmlə bağlı mövqeyimiz tam aydındır. Bu məsələ heç bir ikitərəfli gündəliyə daxil deyil. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan sədrliyin ilk ilindən başlayaraq dekolonizasiya, müstəmləkə olan ərazilərin müstəqilliyə və ədalətə qovuşması, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası ilə bağlı səyləri dəstəkləmiş və təşviq etmişdir. Bu, Qoşulmama Hərəkatının sədri kimi öhdəliyimiz, eyni zamanda, bir ölkə kimi mövqeyimiz idi. Çünki bu gün XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hakimiyyəti altında saxlaya bilməz. Bu, xalqların fundamental hüquqlarına, onların azadlığına ziddir. Avropa qitəsinin əsas dəyərləri həmin müstəmləkə iddiaları ilə kobud şəkildə pozulur.
Vüqar Rəhimzadə bildirib ki, Yeni Kaledoniyada Azərbaycan bayraqları dalğalanır. Azərbaycan bundan sonra da Fransa hakimiyyətinin real simasını dünyaya göstərməkdə davam edəcək, işğal altında olan dənizaşırı ərazilərin müstəqillik uğrunda mübarizəsini dəstəkləyəcək.
Millət vəkili onu da vurğulayıb ki, qətnamədə mədəni irsin qorunmasından danışan Fransaya öz ərazisində ucaldılan və qadınların azadlığı rəmzini özündə əks etdirən Natəvanın heykəlinin Evian şəhərində təhqir olunmasının qarşısını almadığını xatırlatmaq kifayətdir. Reallıqları maraqlarından irəli gələn yalanlarla ört-basdır etmək, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq mümkünsüzdür. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin uğurlarını həzm edə bilməyən Fransa kimi dövlətlərin gündəmə gətirdikləri belə qərəzli, reallıqdan uzaq, özlərinə təsəllidən başqa bir şey olmayan kağız parçaları dövlətimizin siyasətinə təsir etmək imkanında deyil. Azərbaycan hər zaman sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışları, qlobal problemlərin həllinə davamlı töhfələri ilə dünyanı bir araya gətirən birləşdirici, sabitləşdirici aktor kimi tanınır, mövqeyini möhkəmləndirir.

Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
May ayına olan hava proqnozu
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
Ağdərənin Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
Aprelin 30-da gözlənilən hava şəraiti
Tibbi tullantıların təhlükəsiz idarə olunması ilə bağlı maarifləndirici tədbirlər keçirilib
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
Şirvan nümayəndə heyəti Türkiyədən qayıtdı
Fövqəladə Hallar Nazirliyi tərəfindən metroda təlim keçirilib (video, foto)
Arzu Əliyeva Şəki səfərindən paylaşım edib
Nazir müavini Hidayət Abdullayev Şabran rayonunda vətəndaşları qəbul edəcək
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Azərbaycan və Türkiyə Quru Qoşunları komandanları görüşüb
Bacarıqlar Sammiti çərçivəsində ikitərəfli görüşlər keçirilib
Ötən gün 78 cinayətin açılması təmin edilib
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Çağırışçıların yekun tibbi müayinəsi 4 kateqoriya üzrə aparılır və qərar barədə çağırışçıya e-qaydada məlumat verilir
19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

Sabah bəzi yerlərdə arabir duman olacaq
Günəş püskürmələrinin dərin mənbəyi aşkarlandı
Təbii və faydalı qida sağlamlığın əsasıdır
40 yaşdan sonra arıqlamağı beyin necə qəbul edir?
Məşhurlar haqqında bilinməyənlər
Limon bir çox problemlərə yol aça bilər