lider-media.az

Birbank-la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”

Baxış: 213 Tarix: 24-07-2025, 16:52

Hər zaman innovativ, rəqəmsal həllər təqdim edən Birbank, Trendyol onlayn alış-veriş platformasında “İndi al, sonra ödə” ödəniş üsulunu təqdim edir. Yeni məhsul müştərilərə daha rahat və çevik alış-veriş imkanı yaradaraq onların istədikləri məhsulu istədikləri zaman əldə etməsinə imkan yaradır.


Artıq Trendyol istifadəçiləri alış-veriş zamanı bank tərəfindən təqdim edilən kredit limitindən istifadə edərək, alış-verişlərini istədikləri vaxt edib, ödənişlərini 4 bərabər hissəyə bölərək 2 ay müddətinə edə bilərlər.


Bunun üçün aşağıda qeyd olunan mərhələləri ardıcıl şəkildə yerinə yetirmək kifayətdir:


-         Trendyol mobil tətbiqinə daxil olmaq;


-         “Azərbaycandan birbaşa al” bölməsinə keçid etmək;


-         Seçilmiş məhsulu səbətə əlavə etmək;


-         Ödəniş üsulu kimi “İndi al, sonra ödə” seçimindən istifadə etmək;


-         Təsdiq üçün tələb olunan məlumatları daxil etmək.


Birbank tamamilə faizsiz və komissiyasız olan bu xidmətlə müştərilərinə 50 AZN-dən 500 AZN-dək rahat alış-veriş imkanı təqdim edir. İstifadəçilər sadəcə biometrik təsdiqdən keçərək FİN kod və mobil nömrəni daxil edib kredit limitini aktivləşdirə bilərlər.


Ətraflı məlumat: https://www.kapitalbank.az/bnpl


Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi